09 Sentyabr 2025 12:42
103
DÜNYA

Konqoda 50-dən çox insan öldürülüb

Konqoda üsyançılar 50-dən çox mülki şəxsi öldürüblər.

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, "Birləşmiş Demokratik Qüvvələr"dən olan üsyançılar Konqonun şərq hissəsində dəfn mərasiminə toplaşan 50-dən çox mülki şəxsi öldürüblər.

Bu, "İslam Dövləti" ilə əlaqəli qruplaşmanın son irimiqyaslı hücumu olub.