23 Iyun 2025 19:00
715
DÜNYA

İranın Baş Qərargah rəisi: ABŞ-nin hücumuna uyğun şəkildə cavab verəcəyik

ABŞ-nin İran ərazisinə hücumu böyük səhv idi.

Adalet.az  "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.

"Biz onun nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişik. Buna mütənasib şəkildə cavab verəcəyik", - o qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın İrana hücum qərarı ilə bütün beynəlxalq qanunları pozduğunu bildirib.