23 Iyun 2025 21:10
82
DÜNYA

İran İraq və Qətəri VURDU - YENİLƏNİB + VİDEO

Adalet.az xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ-nin İraq və Qətərdəki bazalarına qarşı “Qələbənin müjdəsi” adlı raket əməliyyatı başlayıb.

***

Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Ağ Ev və ABŞ Müdafiə Nazirliyi Qətərdəki “Əl Udeid” hava bazası üçün potensial təhlükələrdən xəbərdardır və onları yaxından izləyir.

***

İraqın “Shafaq News” portalı xəbər verir ki, ABŞ-nin Bağdaddakı səfirliyi və İraqda ABŞ hərbçilərinin yerləşdiyi hərbi bazalarda yüksək hazırlıq rejimi elan edilib.

 

***20:45

İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.

Bu barədə Adalet.az-a “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, Dohada növbəti partlayışlar eşidilib.