05 Avqust 2025 18:29
496
DÜNYA

Həbsə göndərilən Qutsuldan ilk mesaj

Yeddi il müddətinə azadlıqdan məhrum edilən Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul muxtariyyət sakinlərinə sınmadığını və mübarizəyə hazırlaşdığını bildirib.

Adalet.az xəbər verir ki, onun sözlərini “Pobeda” blokunun deputatı Vadim Fotesku istintaq təcridxanasında siyasətçiyə baş çəkdikdən sonra deyib.

"O, qırılmayıb, mübarizedir, Qaqauziyası uğrunda mübarizəni davam etdirəcək", - Fotesku bildirib.

O, həmçinin, Qutsuldan bütün qaqauz xalqına salamlarını çatdıraraq, onları təslim olmamağa və muxtariyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəni davam etdirməyə çağırıb.