İranda dörd gənc barəsində edam hökmü çıxarıldı

İran Sistan və Bəlucistan əyalətində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb.
Adalet.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.
Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb.
Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər.
Vurğulanıb ki, onlar Sistan və Bəlucistan əyalətinin Rask şəhərindəndir. Hazırda Zahidan mərkəzi həbsxanasında saxlanılırlar.
Məlumata görə, son aylarda İranda edam sayının artması, həmçinin siyasi məhbuslara ölüm hökmünün verilməsi və təsdiqlənməsi həm ölkə daxilində, həm də xaricində etirazlara səbəb olub.
Ölüm hökmlərinə qarşı etirazın son nümunələrindən birində siyasi məhbus Mehdi Mahmudian avqustun 3-də Böyük Tehran həbsxanasından yazdığı məktubda bildirib: “Bu ölkədə dar ağacı olduğu müddətcə hamımız bir az ölüyük”.
O, məktubunda Böyük Tehran həbsxanasındakı siyasi məhbus Babək Şahbaziyə ölüm hökmünün verilməsini də açıqlayıb.
Şahbazi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin rəhbəri Abulqasim Salavati tərəfindən ölüm cəzasına məhkum edilib.
Digər Xəbərlər

Rusiya Ukraynanın itkilərini yenilədi

Həbsə göndərilən Qutsuldan ilk mesaj

TBMM-də “Terrorsuz Türkiyə” Komissiyası işə başlayıb

Yevgeniya Qutsula HÖKM OXUNDU - 7 İL HƏBS

Rusiyaya ŞOK! Silah anbarları ƏLƏ KEÇİRİLDİ - Amerika texniki heyət GƏTİRİR

Aleksand Bastrıkin: "Ukrayna HQ-nin Kurska hücumu nəticəsundə 330 nəfər həlak olub"

ABŞ Ukraynaya 500 milyonluq silah ötürdü
