ABŞ Ukraynaya 500 milyonluq silah ötürdü

Birləşmiş Ştatların prezidenti Donald Tramp Ukraynaya hərbi yardım etməyəcəkləri ilə bağlı"vədinə" əməl edir. ABŞ Ukraynaya hərbi yardımı "Məmmədhəsənin", yəni Avropa dövlətlərinin əli ilə hərbi yardım edir.
Bu dəfə Ukraynaya hərbi yardım edilməsi məqsədiylə Hollandiyaya 500 milyon dəyərində silah "satıb". Bu barədə, ABŞ -ın NATO-dakı nümayəndəsi, baş katibin müavini Mettyu Uitaker məlumat verib.
Hazırki hərbi yardım, ABŞ və NATO arasında Ukraynaya hərbi yardlm göstərilməsi ilə bağlı sazişə uyğun olaraq atılan ilk addımdlr.
Bildirilir ki, Niderland Birləşmiş Ştatlardan "aldığı" Patriot sistemləri üçün raketləri, arteleriya mərmilərini, patron və digər ləvazımatları bir başa Ukraynaya göndərəcək.
Uitaker "Bloombergə" verdiyi müsahibədə, digər Avropa dövlətlərinin də, Hollandiya nümunəsinə qoşulacağına ümid etdiyini bildirib.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Rusiya Ukraynanın itkilərini yenilədi

Həbsə göndərilən Qutsuldan ilk mesaj

TBMM-də “Terrorsuz Türkiyə” Komissiyası işə başlayıb

Yevgeniya Qutsula HÖKM OXUNDU - 7 İL HƏBS

Rusiyaya ŞOK! Silah anbarları ƏLƏ KEÇİRİLDİ - Amerika texniki heyət GƏTİRİR

Aleksand Bastrıkin: "Ukrayna HQ-nin Kurska hücumu nəticəsundə 330 nəfər həlak olub"

Husilər İsrailin Ben Qurion hava limanını vurub
