TBMM-də “Terrorsuz Türkiyə” Komissiyası işə başlayıb

Türkiyə Böyük Millət Məclisində (TBMM ) “Terrorsuz Türkiyə” məqsədilə yaradılan yeni komissiya ilk iclasını keçirib.
Adalet.az xəbər verir ki, açılışda çıxış edən TBMM sədri Numan Kurtulmuş ölkənin yarım əsrlik terrorla mübarizəsində yeni mərhələyə qədəm qoyulduğunu bildirib.
Kurtulmuş silahların susmasının və terror təşkilatlarının fəaliyyətini dayandırmasının heç bir siyasi qurumun deyil, birbaşa xalq iradəsinin nəticəsi olduğunu vurğulayıb. O, bu prosesin həm Türkiyənin, həm də regionun sülh və sabitliyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.
Komissiyanın fəaliyyət prinsiplərinin “şəffaflıq və açıqlıq” olacağını bildirən Kurtulmuş prosesə akademiklər, hüquqşünaslar, QHT-lər və ictimaiyyət nümayəndələrinin də cəlb ediləcəyini açıqlayıb.
“Bu masa xalqın vicdanı ilə qurulub. Demokratik və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyə üçün birlikdə çalışacağıq”, – TBMM sədri qeyd edib.
Digər Xəbərlər

Rusiya Ukraynanın itkilərini yenilədi

Həbsə göndərilən Qutsuldan ilk mesaj

Yevgeniya Qutsula HÖKM OXUNDU - 7 İL HƏBS

Rusiyaya ŞOK! Silah anbarları ƏLƏ KEÇİRİLDİ - Amerika texniki heyət GƏTİRİR

Aleksand Bastrıkin: "Ukrayna HQ-nin Kurska hücumu nəticəsundə 330 nəfər həlak olub"

ABŞ Ukraynaya 500 milyonluq silah ötürdü

Husilər İsrailin Ben Qurion hava limanını vurub
