adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 10:51
103
SİYASƏT
A- A+

“Paşinyanın qələbə əldə etməsi üçün ciddi müsbət proseslər lazımdır”

“Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfər etdi. Bu səfər iki ölkə arasında normal münasibətlər sisteminin formalaşması istiqamətində mühüm səfər kimi xarakterizə etmək olur. Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Bu səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələr və sərhədlərin delimitasiya-demarkasiyasinı müzakirə etməkdən ibarətdir. Ötən gün Nikol Pasinyan iki ölkə arasında sərhədlərin delimitasiya-demarkasiyasını yaxın perspektivdə başlanacağını qeyd edib. Həmçinin iqtisadi əlaqələrin qurulması və hər iki ölkənin məhsullarının ticarəti razılaşdırılması istisna deyil. Ermənistanda seçkilər yaxınlaşır və N.Paşinyanın qələbə əldə etməsi üçün ciddi müsbət proseslər lazımdır. Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması mümkün görünür”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN