Qatarlara 18 dəfə daş atılıb
2026-cı ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.
ADY-dən Adalet.az-a verilən məlumata görə, nəticədə sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür; qatara ciddi zərər dəyir; maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.
Məlumata görə, bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar", - məlumatda qeyd olunur.
Xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir.
Digər Xəbərlər
14 Aprel 2026 20:50
Gülləri, çiçəkləri əzmək vəhşilikdir...
14 Aprel 2026 20:41
Uşaq qidasından həşərat çıxdı, araşdırma başladıldı - VİDEO
14 Aprel 2026 16:45
Xəzərdə balıqçı batdı - Axtarışa helikopter cəlb olundu - VİDEO
14 Aprel 2026 15:41


Bakı -°C

