Bərdədə satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.
AQTA-dan Adalet.az-a verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub.
Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.
Digər Xəbərlər

Rayon mərkəzi xəstəxanalarında monitorinqlər aparılır

Xəstəlik vərəqələri elektron formada veriləcək - BU GÜNDƏN

Səhiyyə Nazirliyi Ağdərədə əhalinin növbəti tibbi müayinələrini təşkil edib - FOTOLAR

Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir

Peyvəndlər övladlarımızı və bizi hansı xəstəliklərdən qoruyur? - Aytəkin Qurbanova

Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır

Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək
