Bakıvaxtı.az Mətbuat Şurasının üzvü oldu

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Adalet.az-ın məlumatına görə, iclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu ilə bağlı müraciətlərə baxılıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, Şuraya üzv olmaq niyyətini bildirən çoxsaylı media orqanları var və onların seçimində digər prinsiplərlə yanaşı, Media Reyestrində qeydiyyata alınma da başlıca şərt kimi götürülür.
Müzakirələrdən sonra “Bakivaxtı.az”, “Valyuta.az”, “Fanat.az”, “Dogru.az” saytları və “Füyuzat” dərgisi Mətbuat Şurasının üzvlüyünə qəbul ediliblər.
Bildirilib ki, İdarə Heyətinin növbəti iclaslarında namizəd media qurumlarının da üzvlük müraciətlərinə baxılacaq.
Digər Xəbərlər

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir

Bakıda “Konstitusiya və Suverenlik İlində media gündəmi” müzakirə olunub

Anar Eyvazov: Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır

Hüquqi informasiyanın cəmiyyətə düzgün şəkildə ötürülməsi xüsusi əhəmiyyət daşıyır

Milli mətbuatımız bu il 150 illik yubileyini qeyd edir - Əhməd İsmayılov

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir - YENİLƏNİB
