Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində 5 iyun 2026-cı il tarixində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” mövzusu altında keçiriləcək.
Qeyd edilib ki, Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreya Respublikasında keçirilən tədbirdə qəbul edib.
"1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır.
Qeyd edək ki, Azərbaycan qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir. Ölkə, həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji sahəsini genişləndirir.
COP29-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.
Azərbaycan Respublikası və BMT-nin Ətraf Mühit Proqramı bütün tərəfləri Ümumdünya Ətraf Mühit Gününə qoşulmağa və ətraf mühitin qorunması naminə birgə fəaliyyət göstərməyə dəvət edir", - məlumatda bildirilib.
Digər Xəbərlər
30 Aprel 2026 17:35
Çörək bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
30 Aprel 2026 14:09
“Xüsusi Təyinatlılarımız Ermənistana başa salmağa çalışırdılar ki...”
30 Aprel 2026 13:46
Metronun yeni açılacaq stansiyası harada yerləşir? - VİDEO
30 Aprel 2026 12:16
Bakı metrosunun yeni “B-04” stansiyası harada yerləşəcək? - VİDEO
30 Aprel 2026 11:34
Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış
30 Aprel 2026 11:24
Məhkumlarla görüşlər artıq onlayn qeydiyyatla aparılacaq - Nazirlikdən yenilik
30 Aprel 2026 10:03
Xətaidə topdansatış mağazası bağlandı - VİDEO
30 Aprel 2026 09:10


Bakı -°C

