adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Ukrayna çox hərbçi itirib, yoxsa Rusiya? -Müqayisəli rəqəmlər dəhşət doğurdu...

254 | 2022-11-30 14:14

Hazırda dünya Ukrayna ilə Rusiyanın itkilərini müzakirə edir.

Adalet.az
xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon Der Leyen məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri Ukrayna 100 mindən çox hərbçi itirib: “AB-nin hesablamalarına görə, Rusiyanın Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı zamanı Ukrayna tərəfinin mülkü şəxs itkiləri isə 20 mindən çoxdur”.
Leyen fikrincə, fevralın 24-də başlayan genişmiqyaslı hərbi əməliyyatlardan bəri Ukraynaya 600 milyard dollardan çox ziyan dəyib.


Qeyd edək ki, Ukrayna Baş Qərargahının Rusiyanın itkiləri barədə verdiyi  məlumat da  maraqlıdır. Ukrayna Baş Qərargahı müharibənin 280-ci günü belə bir açıqlama yayıb. Rusiya indiyə qədər 88 880 hərbçi, 2 914 ədəd tank, 5 872 ədəd zirehli döyüş maşını, 1902 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 210 hava hücumundan müdafiə sistemi, 280 ədəd hərbi təyyarə, 261 ədəd helikopter, 4429 ədəd avtomobil texnikası, 1562 ədəd PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.


Əntiqə Rəşid

 

TƏQVİM / ARXİV