adalet.az header logo
  • Bakı -°C

Bakı -Tiblisi qatarı...

90 | 2026-06-24 17:02
A- A+

Bu qatarın yola düşəcəyi günü gözləyənlərin sayı-hesabı yoxudu! Çünki uzun illərdir ki, Gürcüstanda yaşayan həmyerlimiz Azərbaycan gəlməkdə çətinlik çəkir, burdan oraya gedənlər sıxıntı keçirirdilər. Yeganə yol , hava yolu, yəni təyyarə ilə gedib- gəlmək  idi

Bu da min manata yaxın vəsait edirdi! Təbii ki, bu imkan da hər adamda yoxdur.Deməli , imkanı olmayanlar rəhmətə gedənin olsa, belə gedib - qayıda bilməzdi! Və Azərbaycan - Gürcüstan arasında  sərnişin qatarının işləməsi ilə bağlı razılıq  əldə edildi. İndi gün ərzində bir qatar Tiblisiyə yola düşür, bir qatarda Bakıya qayıdır. İnsaf naminə deyək ki, Bakı - Tiblisi qatarının fəaliyyəti Borçalda yaşayan insanları çox sevindirir! Ən azından ona görə ki, gün ərzində nə qədər insan öz doğma yurdunu gedib- qayıda bilir!Amma buna baxmayaraq insan axını çox olduğuna görə  əksəriyyət insanlar yenə doğma yurduna gedə bilmir və növbə gözləyirlər! Bəs bu məsələlər öz həllini necə tapmalıdır?

Təbii ki, həmin məsələlərin həll üçün aidiyyəti qurum çıxış yolu axtarıb tapmalıdır. Bu yollardan biri sərnişin qatarına daha iki qatarın qoşulmasıdır. Heç şübhəsiz ki, bu addımin atılması problemin qismən həllinə kömək edəcək. Amma bu da problemi tamamilə  həll edə bilməyəcək. Məsələnin yeganə  həlli gündə iki sərnişin qatarının Bakıdan, iki də digər qatarın Tiblisidən  çıxması  nəticəsində mümkün ola bilər! Yoxsa , hələ əks- təqdirdə insanlar çox  gözləməli olacaqlar!!!

Emil FAİQOĞLU  

TƏQVİM / ARXİV