Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan oktyabrın 21-də Cenevrədə Azərbaycan parlamentinin sədri Saibə Qafarova ilə görüşəcək.
Adalet.az xəbər verir ki, Simonyan bu barədə "Telegram" kanalında məlumat verib.
Simonyan yazıb: "Biz xanım Qafarova ilə uzun müddətdir görüşmürük və mən hazırkı vəziyyətdə bu görüşü çox vacib hesab edirəm. Ümid edirəm ki, görüş yaxşı keçəcək".