Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, 2026-cı il iyulun 4-də gecə və səhər saatlarında zərbənin dəf edilməsi zamanı Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən 500-dən çox hava hədəfi, o cümlədən 10 ədəd "Flamingo" uzaqmənzilli qanadlı raketi, 9 ədəd HIMARS reaktiv mərmisi, eləcə də 494 uzaqmənzilli pilotsuz uçuş aparatı vurulub.


Bakı -°C
