Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi təsdiqlənib.
Adalet.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Komissiyanın tərkibi aşağıdakı formada təsdiqlənib:
Komissiyanın sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Bundan başqa, İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında ƏSASNAMƏ"ni də təsdiq edib.