adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
15821 | 2009-04-08 00:06
SELİM İLERİ KİMDİR
   
   30 iyun 1949-cu ildə İstanbulda doğuldu. 1968-ci ildə Atatürk Lisesini bitirdi. Bir müddət İstanbul Universiteti Hüquq Fakültəsində oxudu. Təhsilini yarımçıq buraxıb həyatını yazıya həsr etdi. İlk yazısı 1967-ci ildə "Yeni Üfüqlər" dərgisində çap olundu. "Papirus", "Yeni Ədəbiyyat", "Yeni Dərgi", "Türk Dili", "Türkiyə Dəftəri", "Milliyyət Sanat", "Göstəri" kimi dərgilərdə çap olunan yazılarıyla məşhurlaşdı. 1979-cu ildə "Dünya" qəzetinin sənət səhifəsini apardı. 1968-ci ildə yayınlanan ilk hekayə kitabı "Cüməertəsi Yalnızlığı"nda sərhədini aşmayan münasibətlər içində yaşamağa məcbur olan insanların həyatlarını anlatdı. "Bastırma Yazı" və "Bir Dənizin sahillərində " hekayə kitablarında sıxıntılı gənclərin heyranlıqlarını, sıxıntılı münasibətlərini, orta təbəqədəki insanların acılarını, yalnızlıqlarını, bir çıxış axtarmaq yollarını qələm aldı. 1973-cü ildən sonra romana yönəldi. "Hər Gecə Bodrum" romanıyla böyük bir sevgiyə imza atdı. Üç məsələyə toxunduğu bu romanda cəmiyyətin başını itirdiyi bir zamanda özlərini tapa bilməyənlərin axtarışları və ümidsizlikləri yer aldı. Roman və hekayələrdən başqa ssenarilər, tənqidi yazılar və ədəbiyyatla bağlı incələmələr müəllifidir.
   
   HEKAYƏLƏRİ:
   
   
   
   Cüməertəsi Yalnızlığı (1968)
   
   Bastırma Yazı (1971)
   
   Dostluqların Son Günü (1975)
   
   Bir Dənizin sahillərində (1980)
   
   Köhnə Dəftərdə Solmuş Çiçəklər (1982)
   
   Son Yaz Axşamı (1983)
   
   
   
   ROMANLARI:
   
   
   
   Dastan Könüllər (1973)
   
   Hər Gecə Bodrum (1976)
   
   Ölüm Münasibətləri (1979)
   
   Cəhənnəm Kraliçası (1980)
   
   Bir Axşam Alacası (1980)
   
   Yaşarkən və Ölərkən (1981)
   
   Ölüncəyə Qədər Səninəm (1983)
   
   Yalançı Şəfəq (1984)
   
   Xəyal və İztirab (1986)
   
   
   
   TƏNQİDİ-PUBLİSİSTİKA:
   
   
   
   Çağdaşlıq məsuliyyəti (1978)
   
   Eşq-i Memnun, ya da
   
   Uzun Bir Qışın Qara Günləri (1981)
   
   Düşüncə və Hissiyyat (1982)
   
   
   
   XATİRƏLƏR:
   
   
   
   Anam üçün (1983)
   
   Xatırlayıram (1984)
   
   Səni Çox Gözləyirəm (1986)
   
   
   
   ŞEİR KİTABI:
   
   
   
   Ay İşığı (1986)
   
   
   
   SSENARİ:
   
   
   
   Qırıq Bir Eşq Hekayəsi (1982)
   
   
   
   MÜKAFATLARI:
   
   
   
   1976. Sait Faik Hekayə mükafatı
   
    (Dostluqların Son Günü əsərinə görə)
   
   1977. Türk Dil Qurumu Roman mükafatı
   
   (Hər Gecə Bodrum əsərinə görə)
   
   1982. Ən yaxşı ssenari mükafatı
   
   (Qırıq Bir Eşq Hekayəsi ssenarisinə görə)
   
   İSTİNYEPARKDA:
   
   "YERİYƏN NƏRDİVANLARA (ESKALATORA)
   
   QƏTİYYƏN MİNMƏRƏM"
   
   
   
   İlk dayanacağımız Selim İlerinin bizimlə birlikdə gedəcəyi İstinyepark. Maşını park etdikdən sonra bir də baxırıq ki, problem var: problem də nə olsa yaxşıdır? Selim İleri eskalatora minmirmiş. Bir dəfə yaxın dostlarının təkidiylə bunu yoxlamış, fəqət əllərinin altından axan tutacaqdan necə bərk yapışmışsa, başqalarına mane olaraq bir türlü düşmək istəməmiş eskalatordan. Ən sonunda eskalatoru saxlamışlar və onu düşürmüşlər. O üzdən parka girmək üçün bir vasitə arayırıq və tapırıq. Nəhayət İstinyeparka giririk.
   
   Selim İleri hürkmüş kimi baxır ora-bura - mağazalara, memarlıq nümunələrinə... "Atmosfer olaraq bir estetik yanı, bir təsiredici üstünlüyü var, - deyir. Amma bu böyüklüyün onu məmnun etmədiyi də görünür o saat. "Məndə ucsuz-bucaqsız boşluqlara qarşı müdhiş bir qorxu var. Yaşadığım, doğulub böyüdüyüm yerlərdə bu böyüklükdə geniş yerlər yoxdur. O zamanlar Yeşilköy Hava alanı belə son dərəcə kiçik bir yerdi" - deyir.
   
   Belə bir alış-veriş mərkəzi bir ədəbiyyat əsərinə dekor ola bilərmi, məsələsini soruşuram: "Yeni nəsillər üçün bəlkə" - deyir, "Qərbdə örnəklərini görmək mümkün, daha çox yalnızlığı ifadə etmək baxımından istifadə olunur. İnsanların daha asan əlaqə yaratmaq istəyi olsun deyə yaranan hər şeydən istifadə etmək məcburiyyəti ortaya çıxır. Bizdə az yazılıb bu barədə. Bu yeni bir İstanbul, bizim yaşda olan insanların yaza bilməyəcəyi İstanbul bu".
   
   Yenə də aşağıdakı çinaraltını görüncə oturub qəhvə içmək istəyir, çinarın süni olduğunu görüncə də deyir: "Hər şeyə rəğmən, həqiqisi o qədər yaxşı ki, insanlar bu qondarmalardan çox onları görmək istəyir".
   
   
   
   KİÇİK ARMUDLUDA: "BURALARI MƏN
   
   YOX, AMMA BİRİSİ MÜTLƏQ GƏRƏK YAZSIN"
   
   
   
   İkinci getdiyimiz yer Kiçik Armudlu... Maşından düşürük, bir meydançada bir kafe tapıb oturmaq istəyirik. Bu meydanda tam dörd kafe var. Seç, bəyən, otur. Qarşısına kiçik kitab taxçası qoyulan yeri seçirik. Qapıda bir, içəridə üç masa dolu. Kimiləri kart, kimiləri poker oynayır, masalar süfrələrlə örtülü, divarda süni çiçəklər, fonda bir türkü sözləri... Selim İleri rahat bir tərzdə girir içəri və qapının önündəki masaya oturub çay istəyir. Satıcıyla "İşlər necədir?" söhbəti başlayır, o da hər kəs kimi krizdən şikayətçi...
   
   Selim İleri kart oyunlarını bilməzmiş heç. Arada-sırada kağızların kartların adlarını yazdığında birisindən soruşarmış. Bilmir, amma bir zamanlar Behçət Necatigilin şeirlərini Beşikdaş kafelərində tamamladığını xatırladır və "Ruhumu buraya alış-veriş mərkəzindən daha yaxın hiss edirəm" - deyir. Nədən? "Burada hələ Türk və İstanbul olan bir şeylər var".
   
   Yeni İstanbulun kafeləri yeni ədəbiyyatda öz ifadəsin tapırmı? "Bunlar artıq yazılması lazım olmayan şeylər kimi qiymətləndirilir. Kimsə başqalarının dərdinə qalmır, özlərinin yaşadıqları onlara bəs eləyir çünki. Bir də oyuncaq oldu artıq ədəbiyyat. Postmodernizm, ultramodernizm... Nə çox oyunlar gedirsə, bir o qədər də diqqəti çəkir".
   
   Yaxşı, onun özünün bir gün bunları yazmaq niyyəti varmı?
   
   "İstanbul kitabları yazmağa çalışan biri olaraq, özümdə bunun çatışmadığını hiss edirəm. Bugünkü İstanbulu və bu İstanbulda yaşayan insanların sevinclərini, dramlarını bəlkə də hələ yaxşı bilmədiyimdən irəli gəlir.Mənimki şəxsi bir məsələ, bir o qədər bayırbacayla maraqlanan adam deyiləm.Amma buraların yazılmasının lazım olduğunu bilirəm.Mən olmasam da bir başqası yazacıqdır".
   
   
   
   AVTOŞOV: "BURA
   
   İNANILMAZ BİR YER. TÜRKİYƏ BAŞINI İTİRMİŞ!"
   
   Armudludan çıxıb, son dərəcə küyülü bir maşın selini də düşünüb, Avtoşov keçirilən Yeşilköy CNR"a gedirik.Fuara girdiyimiz anda Səlim bəyin üzündə bir heyrət ifadəsi görünür.Burada bu yerin tikildiyini ilk dəfə görür.Oysa fuar ziyarətçiləri tanıyıb, salam verir, hal-əhval tuturlar.
   
   Hər maşının yanında 8-10 kişi olduğunu görüncə "Mənim üçün inanılmaz bir səhnə bu" - deyir, "Məmləkətimin dörtdə üçü çox pis yaşamaqda, burada nələr baş verir, vallah deyəcək bir şey tapmıram.Belə bir nəticəyə gəlmək olar ki,hamımız başımızı itirmişik.Türkiyə başını itirib!"
   
   Səlim İləri bugünə qədər nə maşın sürmək istəmiş,nə də bir maşın almaq keçmiş gönlündən."Fəqət, indi bir yerə gedəndə çətinlik çəkdiyim üçün ürəyimdən keçir maşın almaq".
   
   Necə bir maşın almaq istəyir? "BMV və Porsche sevdiyim markalardar, amma bunlar xülyalı sevgilər. Çox zor şərtlərin altında yaşayan bir ölkədə belə bir lüks mənə çətin qismət olsun".
   
   350 min evro dəyərindəki Ferrarilərdən 10 dənə sifariş verildiyini söyləyirəm, heyrət edir.Fuar meydanını dolduran insanlara baxıb, hər zamankı həsaslılığyla belə deyir":Dörtdə üçü alıcı deyil, həvəskar. Xəyalarındakı maşını görmək üçün gəlmiş insanlar. Kədərələndirci bir şey."
   
   Itsa Joke: "Bax, bura gözəl, rənkli, başqa zaman da hər zaman gələ bilərəm".
   
   Bütün günü gəzdikdən sonra ilk çıxdığımız yerə - Nişandaşına qayıdırıq.İstanbulun yeni əyləncə həyatının simvollarından Itsa Jokeayə.
   
   Muammer Yanmazın 40 teatr yardıcısını lentə aldığı sərginin içindən keçməmizin də təsiri olmalı ki,buranı özünə daha doğma bilir Səlim bəy. Its a Jokenin yumşaq pərdələrinin içindən keçib içəri giririk.Əcaba nə düşünəcək bu dağınıqlığın içində bir sahman saxlayan dekorasiyalar nə deyəcək? Sevir, "Rənkləri, işıqları, döşəməsiylə çox xoş bir yer" - deyir.
   
   Əslində Səlim İləri o yaradıcılardandır ki,onlar bir vaxtlar çıxdıqları yeri çox sevərlər.Öncəliklə Bəyoğlunda Gəzi Pastanəsi, Yakub, Asmalı Cavid "üçgəni"nə, sonra Boğazda bəlli yerlərə, Sarıyerdə Aquariusa, Arnavutköydə Vira Viraya gedir. Amma Nişandaşı səmtində maşınların təkəmseyrək vaxtında buraya da həvəslə gələ biləcəyini söyləyir.
   
   Its a Jokeni işlədənlərdən biri- bir kitabını məkanın kitabxanası üçün imzalamasını xahiş edir yazıçıdan. O da "İSTANBULUN TRAMVAYLARI DAN DAN!.."ı göndərəcəyinə söz verir.
  • May:
  • 3

TƏQVİM / ARXİV