İngiltərənin "Nyukasl" klubunun yarımmüdafiəçisi Sandro Tonali İspaniyanın "Real" klubuna keçə bilər.
Adalet.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, futbolçunun agentləri onu "Kral klubu"nun prezidenti Florentino Peresə təklif ediblər.
Tonali İngiltərədə qalmaq niyyətində olsa da, onun yaxınları La Liqa təmsilçisinə keçid variantını aktiv şəkildə nəzərdən keçirir.
Oyunçunun menecerləri onu 92 milyon avroya satmağa hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Nyukasl"ın heyətində 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.


Bakı -°C
