adalet.az header logo
  • Bakı -°C

“Neftçi” müdafiəçi transfer etdi

94 | 2026-06-24 17:36
A- A+

“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

Adalet.az xəbər verir ki, Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

 

TƏQVİM / ARXİV