Misli Premyer Liqasında V turun oyunlarına bu gün start veriləcək.
Adalet.az xəbər verir ki, turun ilk və günün yeganə qarşılaşmasında "İmişli" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
Yevlax şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.
Hazırda "Neftçi" 9 xalla turnir cədvəlinə başçılıq edir. "İmişli" isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, V tur
11 sentyabr
16:30. "İmişli" - "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev
VAR: Emin Əliyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu
Qeyd edək ki, V turun digər oyunları sentyabrın 12, 13 və 14-də keçiriləcək.


Bakı -°C
