Nədir bu postmodernizm?

QİSMET QİSMET
308511 | 2013-05-28 10:08

"Dünyanə mənalıdır, nə mənasızdır, o sadəcə var, vəssalam".

Alain Robbe- Grillet.

Şəhərdətez-tez yeni kinoteatrlar açılır, çox gözəl, çox pakizə. Bəs görəsən nə vaxt bukinoteatrlarda öz istehsalımız olan filmləri görmək səadəti bizə nəsib olacaq?Cavab, əslində, çox sadədir: öz filmlərimiz çəkiləndə. Film çəkilirmi ölkəmizdə?Deyilənə görə çəkilir, mən rast gəlməmişəm, rastıma çıxanlar isə filmdən başqahər şeydir. Həzərat, nə vaxt bu millətin dosta-düşmənə göstəriləsi, üzəçıxardılası adam balası kimi yazıçısı, diringə yox, çağdaş musiqi bəstələyənbəstəkarı və nəhayət nə vaxt bu millətin çağdaş tendensiyaları, meyllərimənimsəmiş, istifadə tarixi keçmiş mövzularda deyil, öz reallığımızınproblemlərindən danışan rejissoru olacaq ? Deyim nə vaxt: nə vaxt ki,qalstukunu həqiqəti deməyə mane olacaq qədər sıxan sənətçi libasına bürünmüşistedadsızlar aradan çəkiləcək, nə vaxt ki, vətənpərvərliyin arxasına piştaxtakimi keçib alver edən psevdo-vətənsevərlər yox olacaq, nə vaxt ki, Oruelqələminə layiq əxlaq bəkçiləri təqaüdə çıxacaq, nə vaxt ki, oxuduğu kitabı,baxdığı filmi başıyla yox, gündəyməziylə anlayan adamlar vızqırdıb öz işiyləməşğul olmağa gedəcək, bax onda bəlkə nəsə eləyə bildik.

Köşəyazısında, müsahibəsində, süfrə başında "af-uf"larla,"kitayski" dərdlərlə yazdığı kitaba, çəkdiyi filmə həyatilik dəyəriqazandırmaq istəyən, oxumaqdan, əziyyət çəkməkdən, zəhmət çəkib yeni meylləriizləmək məcburiyyətindən danışanda eyni bəhanələri - "iş vaxtımı çoxalır", "əsas səmimi olmaqdı", "mən az oxusam da, yaxşıoxumuşam" - utanmadan təkrarlayan milli ziyalılarımızın özünü aldatmaprosesi nə vaxt başa çatacaq görəsən?!

Vaxt gedir,işimizə baxaq.

***

XX əsrqəribə əsr idi. Bir yandan baxanda ağıl, zəka yolu ilə yer kürəsində cənnətyaradacağına inanılan, ilahiləşdirilən, böyük hərflərlə yazılan İNSANmilyonların məhv olmasına səbəb olan iki müharibə törətdi, o biri yandan buqarmaqarışıq, soyuq, qanlı-qadalı zaman diliminin içində və sonrasındaağılasığmaz kəşflər etdi. XX əsrin 60-cı illərindən etibarən dünya High-tech,yəni yüksək texnologiyalar erasına qədəm qoydu. Bir vaxtlar Jül Verninqəhrəmanlarının 80 gündə dolaşdığı yerlərə getmək üçün artıq saatlar kifayətedirdi. Telefon, televizor, kompüter kimi vasitələr fərdi, yaxud kütləvişəkildə sonsuz informasiya əldə etmək imkanı əldə edən insan, bu qəribə,sürətli inkişafın içində nədənsə əbədi fitrətindən - tənhalığından xilas olabilmədi, əksinə, get-gedə onun yalqızlaşması, tənhalaşması böyüdü, çoxaldı,bütün dünyaya yoluxdu. Bu, modernizmin qırılma nöqtəsi, postmodern vəziyyətinzühur etməsi idi.

Jan FransuaLiotarın "Postmodern vəziyyət" dediyi bu ovqat ümumdünya mədəniyyətqarışdığı, beynəlxalq mədəni sərhədlərin əriyib yoxa çıxdığı, dünyadakı bütüninsanları istehlakçıya çevirən bir durumdur. Postmodernlə birlikdə bəziyerlərdə orta əsrlərdəki din anlayışına oxşayan geridə qalmış dindarlıqxortlayıb ortaya çıxdı, bəzi yerlərdə isə dini inanc sistemlərininxarabalıqları üstündə uzaq şərf fəlsəfəsinə, kosmik inanclara, okkultizmə,mistisizmə qədər gedib çıxan yanaşmalar cücərməyə başladı. Bu yeni dünyadaastronomiya ilə astrologiya, elmlə sehr-cadu /magiya, akademik tibbləalternativ tibb, texnologiya ilə təbiətçilik bir yerdə yaşamağa başladı. Əsrinsonlarına doğru əvvəllər tabu şeylər üçün sərhədlər bir az da açıldı. Məsələn,klassik qərb musiqisinin özünəməxsus ifaçıları olan pianist Pekinel qardaşlarıBaxı caz ritmində çaldılar və bu çox normal qarşılandı. Əvvəllər yalnız popmusiqi ifa edilən məkan olan diskoteka və barlarda artıq türkülər, milli oyunhavaları, aşağı mədəniyyət hesab edilən öz fəaliyyət səviyyəli mahnılar da ifaedilməyə başlandı. Ənənəvi modernist dəyər sisteminin həmişə ikinci planaatdığı düşüncələr, yanaşmalar, qruplar, postmodern mühitdə heç bir aşağılanmahissi olmadan, köhnələrin dəyərli dedikləri şeylərlə yanaşı yaşamağa başladı.Postmodern dönəm elitarlıqla kütləvinin, kitçlə hörmətli sayılan ədəbiyyatınbir yerdə olduğu, "baboçka"nın cins şalvarla geyinildiyi birdönəmdir.

XX əsrin50-60-cı illərində postmoderni qloballaşmanın yaratdığı post-imperializm kimidəyərləndirənlər də oldu və polemika sənət söhbətlərinə də aid edildi. 60-cıillərdə başlayan polemika 80-ci illərdə lap qızışdı. Məsələn, ABŞ-da İrwingHowe və Harry Levin son vaxtlar yarananədəbiyyatın (80-ci illər nəzərdə tutulur) Yitslərin, Eliotların, Poundların vəCoysların möhtəşəm ədəbiyyatlarının yanında rəngsiz,quru, mənasız olduğunu elanetdilər. Vəziyyəti ifadə etmək üçün görünür ən xarakterik hadisə 80-ci illərinəvvəlində Fransanın ünlü mətbu orqanı "Le Monde Dimanche"-ın verdiyimanşetdir: "Avropada bir ruh, bir xəyalat dolaşır - onun adıpostmodernizmdir"

O illərdəsənətdə, xüsusilə ədəbiyyatda sosialist baxış hakim idi və yeni tendensiya olanpostmodernizm, onun demokratik, azad manerası mühafizəkarlar tərəfindənsənətçinin məsuliyyətsizliyi, estetik deqradasiya kimi qiymətləndirilirdi.Məsələn, Türkiyə Orxan Pamukun "Qara kitab" romanı ətrafındakımüzakirələrə jurnalistlər, tibbprofessorları, ədəbiyyatçılar, kamalistlər, solçular, əxlaqçılar və s.qoşulmuşdu. Kamalistlər mətndə Atatürk əleyhinə yazılmış hissələr axtarır,sosialistlər Marksizmə uyğun gəlib-gəlmədiyini araşdırırdılar.

İdeologiyalarlanəfəs alan sosio-mədəni modernizm üçün bütün ziddiyyətlərin bərabər, bir yerdəolması fikri qəbulolunmaz idi. XX əsrin 60-cı illərində və sonrasında Derrida,Fuko, Bart, Lakan, Levi-Ştraus, Liotar və Bodriyar kimi fikir adamlarıelmi-mədəni sahələri postmodern baxış bucağından analiz etməyə başladılar vəbunun nəticəsində get-gedə modernizm sönükləşməyə başlayır.

***

Postmodernizminəcdadlarından hesab edilən Nitşe deyirdi: "Həqiqət, həqiqətin illüziyaolduğunu unudanların illüziyasıdır". Nitşe hər şeyi baş-ayaq çevirməkistəyən, başqa cür baxan, dəyərləri yenidən dəyərləndirən yanaşması ilə özündənsonrakı əsrlərə xeyli təsir etdi: "Bütün dəyərləri tərsinə çevirmək olmazmı?Bəlkə yaxşı elə pisin özüdür, ola bilməz? Bəlkə tanrı sadəcə kəşfdir, şeytanınuydurmasıdır? Bəlkə hər şey nəticə etibarilə səhvdir, ola bilməzmi?"

Postmodernromanın əsas inkişafı İkinci Dünya müharibəsindən sonra başladı. XX əsrin 50-ciillərindən etibarən fransız romançılığında yeni bir anlayış ortaya çıxdı. Buyeni anlayış özünəqədərki klassik roman anlayışını, yəni Balzak romanı deyilənroman anlayışına müxalif oldu. Bu yeni roman anlayışının tərəfdarlarına bəzitənqidçilər "anti-romançılar" dedi, lakin "Yeni roman","Yeni romançılar" sözü daha çox dillərə düşdü. Balzak romanı deyilənroman anlayışına qarşı çıxan bu qrupun əvvəlcə konkret müəyyənləşmişprinsipləri yox idi. Sonralar "postmodern roman" da adlanacaq buanlayışın əsas müddəalarını müəyyənləşdirən iki əsər vacib hesab edilir :Natali Sarrotun 1956-cı ildə çap etdirdiyi "L Ere du Soupçon" (Şübhəerası) və Alain Robbe-Grilletin 1963-cü ildə yazdığı "L Ere NouveauRoman" (Yeni roman) adlı əsərləri. Qrupun lideri Grillet köhnə romandaəleyhinə çıxdığı bütün xüsusiyyətlərin yerinə nəyi təklif edirsə, hamısını özəsərlərinə tətbiq etdi. Sarrotdan və Grilletdən başqa bu müxalifliyi MichelButor, Claude Simon, Robert Pinget, Claude Ollier öz əsərlərində davametdirdilər. Bu qrupun roman anlayışları tamamilə eyni olmasa da, birləşdikləri,həmfikir olduqları nöqtələri belə ümumiləşdirmək mümkündür:

1. Balzakromanı deyilən ənənəvi romandakı (həyəcanlı səhnələri) süjetləri rədd etmək.

2. Reallığaçox yaxın olan, həyatda gerçəkdə var olan roman qəhrəmanı yaratmaq imtinaetmək.

3. Ənənəvipsixologiya anlayışının rəddi. Bu anlayış romançını ittiham edən, hökm verənvəziyyətə gətirirdi.

4. Romandamərkəzə otuzdurulan, hər şeyi bilən, hər şeyə hakim olan romançı anlayışınırədd etmək.

5. Ənənəviromandakı dilin yağlı, bəlağətli, gözəl istifadəsindən imtina, onun yerinədilin təbiiliyinə üstünlük vermək.

6. Yeniroman anlayışının əmələ gəlməsi üçün nəzəri fəaliyyətdə olmaq.

(Ardı var)

Qismət
  • Iyun:
  • 6

TƏQVİM / ARXİV