Lukaşenko bu ölkə liderinə abidə ucaltmaq istəyir

790 | 2025-06-08 16:28

İyunun 7-də Milli Futbol Stadionunun təntənəli açılış mərasimində Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Çin prezidenti Si Cinpinə abidə qoyulmasını təklif edib.

Adalet.az xəbər verir ki, Belarus prezidentinin Çinə növbəti səfəri zamanı Si Cinpin gözlənilmədən ona iki maket - beynəlxalq səviyyəli üzgüçülük hovuzu və futbol stadionu göstərib. Çin prezidenti daha sonra bu obyektlərin tikintisinin belarus xalqı üçün hədiyyə olacağını bildirib.

"Çini və çinliləri yaxşı tanıyaraq, əvvəlcə buna inanmadım. Amma sonra düşündüm: çinlilər səbəbsiz heç nə demirlər. Xüsusilə də birinci şəxs. Hər şey buradan başladı. Stadionun yanında Belarus və Çin futbolçularının təsviri olan heykəltəraşlıq kompozisiya qoyulub. Burada dostum Si Cinpinə abidə ucaltmaq məqsədəuyğun olardı, çünki çinlilər bu stadionu öz vəsaitləri hesabına tikiblər”, - deyə Lukaşenko bildirib. 

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV