Əməkdar artist Könül Kərimova həmkarı Cabbar Musayevlə münasibətindən danışıb:
Adalet.az bildirir ki, o, C.Musayevin onun ən yaxın dostu olduğunu etiraf edib:
“Elə insanlar olub ki, onlarla küsülü olmuşuq. Sonradan barışmışıq. Mən onları bağışlamışam. Amma Cabbar müəllim hələ də onlarla danışmır. Deyirəm ki, ay Cabbar müəllim, mən bağışlamışam onları. Biz danışırıq. Sən niyə küsülüsən? Deyir ki, həmin vaxt sən çox əzab çəkdin. Bu hadisələr də mənim öz önümdə baş verdi. Sənin çəkdiyin əzabları o adama bağışlamıram. Cabbarla illərdir çalışırıq. Sirr dostuyuq biz”.
Əntiqə


Bakı -°C
