adalet.az header logo
  • Bakı -°C

İranda radiasiya əleyhinə yod tabletləri paylanılır

90 | 2026-04-07 17:49
A- A+

İranda radiasiya əleyhinə yod tabletlərinin paylanılmasına başlanılıb. 

Adalet.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Buşehr Tibb Elmləri Universiteti məlumat yayıb. 

Qeyd olunub ki, 12 günlük müharibədən əvvəl Buşehrdə yod tabletlərinin paylanması prioritet idi və atom elektrik stansiyasının ətrafındakı ərazilərə verilirdi.

Böhran Vəziyyətlərinin İdarə Edilməsi Qərargahının qərarına əsasən, Buşehrdə 180 000 həb paylanıb. 

Qeyd olunub ki, ola biləcək radiasiya halında hadisədən 24 saat əvvəldən 4 saat sonraya qədər sözügedən həblər qəbul edilməlidir. Hər şəxsə bir həb verilir, lakin doza hər yaş üçün fərqlidir.

Bir aydan kiçik körpələr üçün tabletin səkkizdə biri, bir aydan üç yaşa qədər uşaqlar üçün tabletin dörddə biri, üç yaşdan 12 yaşa qədər uşaqlar üçün yarım tablet, 12 yaşdan yuxarı böyüklər üçün isə bir bütöv tablet qəbul edilməlidir.

Radiasiya qəzalarında adətən radioaktiv yod ifraz olunur və tiroid vəzi yod qəbul etməyə hazır olur. Bu həbdən istifadə etməklə tiroid vəzi yodla doyurulur və artıq bədən radioaktiv yod qəbul edə bilmir. 

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV