Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan Şahbazovlar ailəsi artıq dörd gündür küçədə qalır.
Adalet.az xəbər verir ki, şikayətçi iddiasında 25 ildir sözügedən ünvanda yaşadığını qeyd edib.
Onun sözlərinə görə, evin bir hissəsinin sənədləri tam qaydasında olmasa da, bu günə qədər onlara heç bir xəbərdarlıq və ya tələbnamə təqdim edilməyib.
Qadın xəstə valideynləri və körpə övladları ilə dörd gündür küçədə qaldıqlarını, heç bir qurumun vəziyyətləri ilə maraqlanmadığını bildirib.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edildiyi qeyd olunur.
Ətraflı
Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında: