Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar

1443 | 2025-06-07 09:57

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

Adalet.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Monteneqro ilə üz-üzə gələcək.

Slovakiyanın paytaxtı Bratislavadakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Milli daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Gürcüstan seçməsinin müqavimətini qırmağa çalışacaq. İsveçdə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yığma ötən gün meydan sahiblərinə məğlub olub - 0:3.

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV