adalet.az header logo
  • Bakı -°C

40 yaşlı Modriç "Milan"da qalır

94 | 2026-07-04 13:49
A- A+

Xorvatiya millisinin və "Milan"ın futbolçusu Luka Modriçin gələcəyi müəyyənləşib.

Adalet.az xəbər verir ki, o, "Milan"da qalacaq. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin iddiasına görə, İtaliya klubunun rəhbərliyi xorvatiyalı yarımmüdafiəçi ilə birbaşa əlaqə saxlayaraq onu yeni mövsümdə də komandada görmək istədiyini bildirib. Tərəflər yeni müqavilə bağlamağa hazırdır.

Bildirilir ki, baş məşqçi Ruben Amorimin Modriçə etdiyi zəng də mühüm rol oynayıb. Portuqaliyalı mütəxəssis təcrübəli futbolçunun öz layihəsi üçün vacib fiqur olduğunu vurğulayıb.

40 yaşlı yarımmüdafiəçi "Milan"ın təklifini qəbul etməyə meyllidir.

Modriçin "Milan"la müqaviləsinin müddəti iyunun 30-da başa çatıb. O, 2025-ci ilin yayından etibarən "rossonyerlər"in formasını geyinirdi. Xorvatiyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 37 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

  • Iyul:
  • 3

TƏQVİM / ARXİV