adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Dekabr 2014 10:38
28797
AVTOMABİL

Ziya Bünyadov prospekti istifadəyə verilib

Bakının Ziya Bünyadov prospekti tikinti və yenidənqurma işlərindən sonra tam olaraq istifadəyə verilib.

Bu barədə Adalet.az-a Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, prospektin yalnız bəzi köməkçi hissələrində bəzi işlər aparılır. Bununla yanaşı, Əliyar Əliyev küçəsində yerləşən yol ötürücüsündə temperatur tikişləri qoyulur.

"Həm 20 yanvar, həm də ki, Qələbə dairəsindən Böyükşor qovşağına qədər və əks istiqamətdə nəqliyyat vasitələri normal hərəkət edə bilər”, - deyə qurum rəsmisi bildirib.