01 Sentyabr 2025 10:39
167
İDMAN

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb

"Zirə" Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

Adalet.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.

Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb. Qəsəbə klubu 2015/2016 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Qeyd edək ki, Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda "Rəvan"ı 2015/2016, "Qəbələ"ni 2023/2024, "Kəpəz"i 2024/2025 mövsümündə 4:0 hesabı ilə məğlub edib.