Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Adalet.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Digər Xəbərlər

Daha 10 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda tıxac olan yollar - SİYAHI

25 minə yaxın piyada barəsində protokol tərtib edilib
