Zidan “El-Klassiko”dan danışdı
Madrid "Real”ının baş məqçisi Zinəddin Zidan La Liqanın 32-ci turunda bu gün "Barselona” ilə keçiriləcək oyun haqqında fikirlərini bildirib.
Adalet.az-ın məlumatına görə, oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran 44 yaşlı çalışdırıcı çempionluğun taleyinin bu matçda həll olunmayacağını deyib:
"Barselona”nı məğlub etməklə çempion olduq deyə bilmərik. Qarşıda hələ 6 oyunumuz var. Hər oyun olduğu kimi, bu oyundan da qalib ayrılmaq istəyirik. Belə oyunlarda nələr baş verəcəyini öncədən demək mümkün deyil. İlk oyunda uzatma dəqiqələrində qol vurmuşduq”.
Fransalı mütəxəsis "Barselona”nın çox yaxşı komanda olduğunu və rəqibin "Santyaqo Bernabeu”da təzqiq hiss etməyəcəklərini deyib:"Biz öz meydanımızda oynayacağıq. Ancaq inanmıram ki, rəqib öz üzərində təzyiq hiss etsin. Onların Çempionlar Liqası ilə vidalaşmağı da oyunlarına təsir etməyəcək. "Barselona” çox yaxşı komandadır. Bütün mövsüm boyu bunu görmək mümkündür. Onları məğlub etmək üçün çox yaxşı oynamaq lazımdır”.
Xatırladaq ki, "Real” – "Barselona” oyunu saat 22.45-də start götürəcək.
Digər Xəbərlər
03 May 2024 21:47
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57