"Zəruri olsa, Prokurluq və DTX əməkdaşları İrana ezam olunacaqlar” - Kamran Əliyev
"Zəruri olsa, bizim Prokurluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”.
Adalet.az xəbər verir ki, bunu Respublikanın Baş Prokuroru Kamran Əliyev “Real TV”yə müsahibəsində deyib.
K. Əliyev bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallar var:
“Bu şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbir görülməməsi, avtomatı necə əldə etməsi qaranlıq qalır. Onun iki odlu silahı olub. İran mətbuatında xəbər yayılıb ki, həmin şəxs psixiatriya xəstəxanasına yerləşdirilib. İşin halları da göstərir ki, bu, təşkil olunub. Cinayətin iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Zəruri olsa, bizim Prokurluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”.
Digər Xəbərlər
06 Iyul 2026 11:39
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edildi
06 Iyul 2026 11:32
Baş Prokurorluqdan Fatimə Kərimovanın qətli ilə bağlı AÇIQLAMA
03 Iyul 2026 09:26
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
02 Iyul 2026 11:36


Bakı -°C

