Zərif nüvə danışıqlarına gedir
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 14-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov məlumat verib.
Görüş zamanı ABŞ-ın birtərəfli qaydada sazişdən çıxmasından sonra İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Müştərək Fəaliyyət planının aqibəti və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.
Mayın 15-də isə Cavad Zərif Brüsseldə Avropa İttifaqına üzv ölkələrin Trampın nüvə sazişindən çıxmasını müzakirə edəcəkləri iclasına qatılacaq.