Zəlzələ zonasından təxliyə edilən 105 vətəndaşımızdan 42-i Naxçıvana çatıb
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi prosesi bütün gecə ərzində davam edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Elazığ və Malatyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər.
Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.
Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.
Digər Xəbərlər
02 May 2024 11:22
Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19Düşmənçiliyi körükləyən dindar:"Mübarizə edək, Artsax, Voskepar, Krants bizimdir"
02 May 2024 11:17Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO
02 May 2024 11:10Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
01 May 2024 18:37