adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Fevral 2020 12:17
13195
DÜNYA

Zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Van rayonunun Başqala qəsəbəsində dağıntılar altında qalan 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Dağıntılar altında qalanlar var.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.