Zəlzələ ilə əlaqədar işləri Ərdoğan özü koordinasiya edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 vilayətə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlər üçün Dövlət İnformasiya Koordinasiya Mərkəzindən koordinasiya işlərini davam etdirəcək.
Adalet.az bu barədə Türkiyə KİV-nə istinadən bildirir.
Qeyd edilib ki, Ərdoğan zəlzələ bölgələrindəki son vəziyyətlə bağlı səlahiyyətlilərdən məlumat alaraq həyata keçirilən işləri koordinasiya edəcək.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.
Digər Xəbərlər
25 Sentyabr 2026 13:50
Moskvada universitetlərdə nə baş verir?
25 Sentyabr 2026 13:04
5 qazax hərbçi həbs edildi - SƏBƏB - YENİLƏNİB
25 Sentyabr 2026 12:49
Putinin köməkçisi Nyu-Yorkda Vitkoff və Kuşnerlə görüşüb
25 Sentyabr 2026 12:23
Kiyevdə Ali Ədliyyə binasına raket hücumu olub
25 Sentyabr 2026 12:12
"İranın nüvə bombası yaratmaq planı yoxdur" - Pezeşkian
25 Sentyabr 2026 11:35
Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33


Bakı -°C

