adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Noyabr 2016 13:50
68945
MÜSAHİBƏ

Zəlimxan Məmmədli:“Təşəbbüskarları, pozucu zehniyyəti tanıyıram”

"Borçalı" İctimaiBirliyinin başı üzərində qara buludlar dolaşır. Bir qrup metbuata çıxaraqbirliyin sədri Zəlimxan Məmmədlinin fəaliyyətindən narazı olduğunu bəyan edib.Konfrans keçirib. Bütün bunlarla bağlı suallarımızı "Borçalı” İctimaiBirliyinin sədri Zəlimxan Məmmədli cavablandırır.

-Zəlimxan müəllim "Borçalı”İctimai Birliyi ilə bağlı xoşagəlməz informasiyalar yayılıb. İctimai Birlikdə nə başverir?

-1993-cü ildə təsisedilən təşkilat heç bir işlə yadda qala bilməyib. 2009-cu ildən yeni heyətləmümkün olanları edə bilmişik. Hüququ çox sevirəm. Hüququn olmadığı, işləmədiyicəmiyyətlər anormal cəmiyyətlərdir. Həm də Azadlığı çox sevirəm. Azadlıqolmadığı halda başqasına, xüsusilə elə, millətə fayda vermək imkanın minimumaenmiş olur. Hər zaman bu sərhədlər çərçivəsində - kiminsə əlavəsi olmadan millətin, elin ruhunasöykənərək, hüququ ali bilərək fəaliyət göstərmişik. Bilirəm ki, mövcud Azərbaycanreallıqlarında ən çətin yolu seçmişik. Düşünürəm ki, bizim ərtafımızda problemyaratmağa çalışan və ya yaradan məhz bu duruşumuzu sinirə bilməyən düşüncəniniş birliyidir. Zaman-zaman təşkilat içərisində problem yaratmağa çalışsalar dabuna nail ola bilmədilər. Ən sonda hüquqsuzluq və mütilərin varlığı faktorundanistifadə etdilər. Mütiləri səfərbər edərək hüququ ayaq altına alaraq, qanunun,haqqın, ədalətin üzünə tüpürməyi məqbul bildilər. Təşkilatımız monolitdir, bu proseslərdəcəmi bir nəfər təşkilat üzvü bu tələyə düşüb. Üzvlərimiz, yolumuz yerindədir vədoğru bildiyimiz yolu getməkdəyik.

-Sizə qarşı quruplaşaninsanları tanıyırsınızmı?

-İlk təşəbbüskarları,pozucu zehniyyəti tanıyıram. Bunlar 2009-dan bu yana nə təşkilatın üzvüolublar, nə də təşkilatın hər hansı bir uğuruna seviniblər. Bu düşərgə son 8ildə yalnız qara yaxmaqla, aşağılamaqla, düşmən dəyirmanına su tökməklə məşğulolublar. Saxta növbədənkənar konfrans adı altında toplaşanların əksəriyyətinitanımıram. Onlar fikrimcə, aldadılmış, nə baş verdiyinin mahiyyətinə varmadan vəyaxud nəyə görəsə oyuna salınmışlar ola bilər. Onların əksəriyyəti təşkilatınüzvü deyillər. 500 min borçalı türkünün cəmiyyətə üzvlük iddiası qoyması absurdolmaqla, gülməlidir. Təşkilatın hal-hazırda 199 nəfər üzvü var və bunlar məsuliyyətlərinidərk edən insanlardır.

-Məhz sizin rəhbərliyinizaltında Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bir sıra problemlərin həllinənail olan Birliyin daha nə kimi planları var?

-İlk növbədəhüququn təhqir olunduğudüşüncəsindəyəm. Hüquqa bu cür sayğısızlığın nəticələrinin aradan qaldırılmasıvə hüququn reabilitasiyası hədəflərdən biridir. Eyni zamanda aylıq, kvartallıqvə illik fəaliyyət planımıza uyğun olaraq tədbirlərimizi həyata keçirəcəyik. 1912-ci ildə nəşr olunmuş məşhur Emin AğaBorçalının "Bəsdir, Oyan” kitabını 104 ildən sonar təkrar nəşr etdirdik. Onun təqdimatınahazırlaşırıq. Daha sonra Avropa və Türkiyəyə səfərimiz nəzərdə tutulur. Səfərimizdəəsas məqsəd həm Qarabağ, Güney Azərbaycan və təbii ki, Borçalı mövzusunda həqiqətləriAvropa parlamentarilərinə çatdırmaq,soydaşlarımızın problemlərinə diqqəti yönəltməkdən ibarətdir. Noyabr ayının sonundaQafqazda birgəyaşayış problemlərinə həsr olunmuş elmi-nəzəri konfrans, dekabrayında isə Borçalı türklərinin ilin sonuna yaxın zirvə toplantısı və TürklüyəXidmət Mükafatının təqdimat mərasimi nəzərdə tutulmuşdur. Təbii ki,soydaşlarımızın problemlərini ictimailəşdirmək və dövlət hakimiyyət orqanları vəictimaiyyətin diqqətini bu problemə yönəltmək əsas hədəflərdəndir.

-Elat Bayramlarının keçirilməsi iləbağlı bir sıra problemlər var. Bu məsələnin həlli ilə bağlı hansıaddımlar atılır?

-Elat Bayramı soydaşımızın, ümumilikdə isə Azərbaycan-türk mədəniyyətinin vasitəçiliyiilə Gürcüstanın bütövlüyü çərçivəsində soydaşlarımızın Gürcüstanda vətəndaş hüquqlarının tam təmini və dünyaya səpələnmişBorçalı türklərinin imkanlarını Borçalıya, Gürcüstana yönəltməyə xidmət edənunikal mədəniyyət layihəsidir.Gürcüstanın indiki iqtidarı bu reallığı qəbul etməkdə zorlandı, sinirəbilmədi, soydaşımın hüquq çərçivəsində boy göstərməsindən əsassız olaraqxoflandı. Bu onların tarixi yanlışlığıdır. Son parlament seçkisində də azadfikir nümayiş etdirən soydaşımızın halal qalibiyyətini bütün resurslarını səfərbəredərək əngəlləmələri də dediyimizə əyani sübutdur. Təbii ki, həqiqəti söyləyərəkmüharibə etmək fikrində deyilik. Amma eyni zamanda Gürcüstanı buyanlışlıqlardan imtinaya dəvət etmək və Elat bayramını da keçirməyin dəsoydaşımız olaraq onların toxunulmaz hüququ olduğuna inandırmaq da vəzifələrimizdəndir.

-Yeri gəlmişkən Ədliyyə Nazirliyininsizin təşkilat barəsində verdiyi çıxarış var. Orda sədr Kərəm Məmmədli göstərilib.Bununla bağlı Ədliyyə Nazirliyinə hər hansı müraciət etmisinizmi?

-Hüquqsevgi, sayğı tələb edir. Dövlətçilikdüşüncəsindən uzaq məmurlarhüququ aşağılayıblar, alçaldıblar, təhqir ediblər,ayaq altına atıblar. Bir təşkilat varkən, fəaliyyətdə ikən, yenicə konfranskeçirmişkən təşkilata aidiyyətə olmayan kəsləri bir otağa dolduraraq onlaraqanunsuzluq edənlərə motivasiya dərsi keçmək Ədliyyə Nazirliyinin vəzifəsi, işideyil. Ədaləti bərqərar etməli olan dövlət qurumu təəssüf ki, Azərbaycan dövlətçiliyinəxəyanət etmək yolunu seçdi. Ədliyyə Nazirliyində oldum. Borçalı Cəmiyyəti ola dabilər, olmaya da bilər, Amma Azərbaycan dövlətçiliyi, demokratiya, hüququnaliliyi kimi müqəddəs amallarla bu cür cinayətkarcasına davranmaq olmaz. Hüquq qananınsevgisi, eşqi, namusudur. Onu aşağlayan nə gözümdə, nə könlümdə uca mərtəbədəola bilməz. Odur ki, indi hüququ pozan Ədliyyə Nazirliyini məhkəməyəvermişik. Bu prosesdir. İnanmaq istərdik ki, bir zamanlar bu qanunsuzluqlaraimza atanlar hökmən, məhz əlahəzrət qanun qarşısında cavab verəcək.

ƏdilƏdilzadə