adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Yanvar 2019 10:45
8079
SİYASƏT

Zəlimxan Məmmədli: “Məni ictimai fəallığıma görə Gürcüstana buraxmırlar...”

"Məni gürcülər 2014-cü ilin oktyabr ayındanGürcüstana buraxmırlar”.

Bu sözləriBorçalı cəmiyyətinin sədri Zəlimxan Məmmədli Adalet.aza açıqlamasında söyləyib.

Zəlimxan Məmmədlinibu yaxınlarda Gürcüstan sərhəddindən keçməyə icazə verməyiblər. Məsələ iləbağlı Z.Məmmədli ilə əlaqə saxladıq. Onun sözlərinə görə, Gürcüstanaburaxılmamasının səbəbi hüquq pozuntusu deyil: "Sırf ictimai fəallığım vəsoydaşlarımızın pozulan hüquqlarına biganə qalmamağımızla bağlıdır”.

Sədr dahasonra bunları söyləyib: "Minlərlə soydaşımızın qatılımı ilə baş tutan Elat mədəniyyətigünləri tədbirlərimiz, gürcüləşdirilmiş toponimlərin bərpasını tələb etməyimiz,torpaq və s. Problemləri qaldırmağımız, görünür, indiki Gürcüstan rəhbərliyininmarkalarına toxunur. Şovinizm və milli kimliyimizə aqressiv yanaşma da səbəblərsırasındadır”.