adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2019 14:20
9365
SİYASƏT

Zəlimxan Məmmədli baş tutmayan aksiyadan danışdı

Borçalı cəmiyyətininsədri Zəlimxan Məmmədli Gürcüstanda baş verən son olaylar haqqında fikirlərinibölüşüb. Adalet.az həmin fikirləri diqqətinizə çatdırır:

"Millət vəkili Azər Suleymanov danışdı. Haqqına danışdı. Deputat parlamenttribunasından səmərəli istifadə etməlidir. Özü də o halda ki, dövlətin və millətin,eyni zamanda regionun təhlükəsizliyi üçün ciddi nəsə baş verir. Axıbizim orada ondan başqa 3 deputatımız var. Onlar harada idilər, niyə susdular?Axı milli dövlətlərinin heysiyyatına toxunan, əli qoca, uşaq, qadın demədənmillətimizin qanına batmış Xocalı cəlladına Gürcüstanda abidə ucaldırlar. Bunuedən terroristdir, qaniçəndir. Erməni bu hiylə ilə həm də hadisələri Gürcüstanadaşıyır, Gürcüstan təhdid olunur. Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığınakölgə salınır. Regionun gələcəyi üçün yeni münaqişə ocağı alovlandırılır. Bizim"deputatlar” isə ənənlərinə sadiq qalaraq dinmirlər. Bu birinci hal deyil.Bundan öncə onların sığındığı iqtidar adı dünya ilə bir olan, soydaşlarımızın,Azərbaycan xalqının mədəniyyətinin təqdimat və gürcü cəmiyyəti ilə qarşılıqlıinteqrasiya modeli olan Elat bayramı faktiki yasaqlanır, adının üzərinə ad pərçimləyirlər,həmin "deputatlarımız” yenə dinmirlər. Bu cəhənnəmə, müxtəlif məclislərdə mədəniyyətimizəxor baxanlara haqq qazandırırlar. Mahir Dərziyev, Savalan Mirzəyev, RuslanHacıyev şəxsimi tanıyırlar, fəaliyyətimizin şəffaflığını da bilirlər. Günlərinbiri onların iqtidarı əsassız, absurd bəhanələrlə Zəlimxan MəmmədlininGürcüstana, öz ata yurduna girişinə 2014-cü ilin oktyabrından yasaq qoyurlar. Əlahəzrətdeputatlarımız yenə dinmirlər, təkidlə orada-burada saxta qərara don geyindirməkdənbelə çəkinmirlər.

İndi isə Azərbaycanın əsrin insanlıq faciəsiadlandırdığı Xocalı soyqırımını törədən terroristə Axalkalakidə abidəucaldılır. Yenə dinmirlər, yenə bu şərəfsizliyə haqq qazandırmağa çalışırlar.Guya ki, iqtidarlarının bu cinayətdən xəbərləri yox imiş. Olmaz belə. Mənimmillətimin, icmanın adını daşıyırsansa, danışmalısan. Bu təhlükənin miqyasınıgörməlisən. Görməlisən ki, Azərbaycanın milli maraqlarının kürəyinə xəncərsancırlar. Soydaşlarımızla mərkəzi hakimiyyət, Azərbaycan - Gürcüstan stratejitərəfdaşlığına, regionun təhlükəsizliyinə təhdid sayılan bir xəyanət baş verib.Bunun arxasında daha böyük xəyanətlərin olması da istisna deyil. Artıq ErmənistanıRusiya ilə qidalandıran yeni kommunikasiya layihələri masa üzərində müzakirəolunmaqdadır. Cənab deputatlar, nə vaxt ağzınıza aldığının suyu töküb, dilaçıb, millətin, təmsil etdiyiniz dövlətin maraqlarının ifadəçisi kimidanışacaqsınız. Şübhə etmirəm ki, günlərin birində bu xəyanəti edənlərin hədəfindəolan vaxtlarınız da olacaq. Gürcü milləti öz millətinin dərdinə biganə olanlarıgeci-tezi cəzalandırır. Onda El sizin sözü deməyəcək. Buna şübhəniz olmasın.Eloğlu kimi bunu deməyi özümə borc bildim.

Gəncliyimiz formalaşır. Sevinirəm. Onlar həqiqətingözünə dik baxmağı həyat normasına çevirməkdədirlər. Soydaşlarımızın gerçəkmahiyyətini onlar ifadə edəcəklər, buna inanıram. O gəncliklə qürur duyduğumuda gizlətmirəm.

O gəncliyimizin hədəfi, niyyəti çox safdır. GüclüGürcüstan və sarsılmaz Azərbaycan-Gürcüstan dostluğu arzulayırlar. Nəzərdətutulan aksiyada Tbilisi merinin sözünü tutdular, sabah ağılla öz sözlərini deyəcəklər.Gürcüstan dövlətçiliyi üçün qurulan düşmən tələsini dağıdacaqlar. Onda bizləridaha aydın tanıyacaqlar...

Müşahidələrim köhnə komplekslərin daşıyıcılarının hələdə islah olmamaları qənaətini formalaşdırır. Yaxşı hal deyil. Həm də, faciə dədeyil. Hərşeyşünaslar prosesin önünə, mərkəzinə yürüyüb daha ağıllı, aydın,müdrik yollar təqdim etmək əvəzinə hər şeyə "mız” qoymaqla məşğuldurlar. Gərəkdəyişələr. Allah güc versin.

Bir şeyi də anlamalıyıq ki, Gürcüstandankısoydaşlarımıza baxan gözlər çoxdur. Rusiya, İran, Ermənistan, hətta PKK yanlızehniyyətlərin kəşfiyyat qrupları, sosial şəbəkə qəhrəmanları eyni komanda iləfəallaşa bilərlər. Bizim isə gözümüz, həm də deputatlarımızdadır...

Odur ki, baş vermə ehtimalı az olmayan mənfilikləriönləmək üçün təcili təmərküzləşmə, icmalaşma, təşəbbüskar gəncliyə dəstək xətləriisiqamətində əməkdaşlıq formaları tapılmalıdır. Gürcüstan dövlətçiliyini vəxalqlarımız və dövlətlərimiz arasında dostluq tellərini zədələməyə çalışan mərkəzlərintəxribat planlarını zərərsizləşdirmək əsəs hədəfə çevrilməlidir. Bu gün dinməsək,sabah məcburən dindirərlər. Gələn qatarı qarşılayaq, gedəndən sonra fitinfaydası olmaz....”