adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Fevral 2019 16:17
14001
SİYASƏT

Zəlimxan Məmmədli: “Aksiya mütləq olacaq”

"Aksiyamütləq keçiriləcək”

Bu sözləri Adalet.az-a açıqlamasında Borçalı Cəmiyyətininsədri Zəlimxan Məmmədli söyləyib. Xəbər verdiyimiz kimi, GürcüstanParlamentinin qarşısında Abxaziyanın və Qarabağın işğalında iştirak etmişseparatcı erməni Mixail Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı etirazaksiyası baş tutmayıb, meriya icazə verməyib. Məsələ ilə bağlı Z. Məmmədlifikirlərini bölüşüb:

"Meriya müxtəlif subyektiv səbəblərdən aksiyanınkeçirilməsinə icazə verməyib. Gürcüstan qanunvericiliyi ilə xəbərdarlıq olunub.Ancaq aksiyanın daha sonra keçirilməsi haqqında bilgi verilib. Meriya rəsmi xəbərdarlıqedir, ancaq aksiya icazəsiz də olsa mütləq keçiriləcək”.