Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO

Qara dəniz üzərindən “taxıl dəhlizi”ni işə salmaq üçün təkcə Rusiya Federasiyasından təhlükəsizlik zəmanəti tələb olunmur.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin İsveçin baş naziri Maqdalena Anderssonla görüşdən sonra keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada bildirir:
"Hazırda Türkiyə tərəfi və limanlarımızdan taxılın çıxışının təhlükəsizliyinə cavabdeh olan BMT, nümayəndələrimizlə danışıqlar aparırıq. Amma çox vacib məqam odur ki, bizə taxıl yükləməyə gələcək kimsə müəyyən ölkələrin gəmilərinin təhlükəsizliyinə zəmanət versin. Güvənmədiyimiz Rusiyadan başqa".
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Gözlənilir ki, tərəflər Ukrayna taxılının ixracı ilə bağlı İstanbulda keçiriləcək görüşdə razılığa gəlsinlər, lakin bunun nə vaxt baş tutacağı hələ bəlli deyil.
Digər Xəbərlər
01 Noyabr 2025 17:48 "Bu problem MDB ölkələri üçün aktualdır" - Putin
01 Noyabr 2025 16:16 "Putinlə Zelenskini İstanbulda qəbul etməyə hazırıq" - Hakan Fidan
01 Noyabr 2025 15:25 Yeddi ildir tək yaşadığı mikroavtobusda kişi zəhərlənərək öldü
01 Noyabr 2025 14:33 Putindən İradə Zeynalova ilə bağlı FƏRMAN
01 Noyabr 2025 13:21 “Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını...”
31 Oktyabr 2025 21:00 Yaxın zamanda Rusiya və Ukrayna... - Ərdoğan
31 Oktyabr 2025 20:42 Məhkəmə Sarkozinin azad edilmək tələbinə baxacaq
31 Oktyabr 2025 19:31 

Bakı -°C 






