"Zelenski mələk deyil" - ABŞ lideri
"Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişəyə yol verməməli idi".
Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
"Zelenski də buna imkan verməməli idi. O, mələk deyil. O, daha böyük bir qurumla mübarizə aparır", - Tramp bildirib.
Siyasətçi vurğulayıb ki, Ukrayna münaqişəsi “gülüncdür” və hər iki tərəf saziş bağlamaq və onu başa çatdırmaq üçün güzəştə getməlidir.
Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib. ABŞ prezidenti qeyd edib ki, Kiyev artıq sülh sazişi bağlamağa hazırdır və Moskva dialoqdan imtina edərsə, yeni sanksiyalarla üzləşə bilər. Eyni zamanda Tramp sülh nizamlanmasında Pekinin dəstəyinə ümid edərək Rusiya və Çinə nüvə arsenallarını azaltmağı təklif edib.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

