adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Noyabr 2019 16:53
38623
SİYASƏT

Zaur Adıgözəlov: “Milli qaunvericiliyimiz uşaqları qoruyur”

20 Noyabr – Ümumdünya Uşaqlar günüdür.BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünyauşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyəetmişdir. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmişfəaliyyətə həsr olunmuşdur. BMT hökumətlərə uşaqlar gününün onların hər birininməqsədəuyğun saydığı hər hansı gün bayram edilməsini təklif etmişdir. BMT-ninBaş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cuilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Ölkəmizində qoşulduğu bu beynəlxalq hüquqi sənəd milliqanunverciliyimizin əsas qayəsini təşkil edir.

Hazırda ölkəmizdə uşaq siyasəti ilə bağlı mükəmməlqanunvericilik bazası vardır. Xüsusilə, "Uşaqhüquqları haqqında” Qanunu, "Uşaqlarınicbari dispanserizasiyasıhaqqında”, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Əlilliyinvə uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin vəsağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsihaqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuşuşaqların sosial müdafiəsi haqqında”, "Yetkinlik yaşına çatmayanların işləri vəhüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamə, "Yetkinlikyaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasıhaqqında”olan Qanunlarımızımisal çəkə bilərik. O cümlədən, Parlament2018-ci ildə cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Uşaqlarınzərərli informasiyalardan qorunması haqqında” yeni Qanun qəbul etmişdir.Qanunun əsas məqsədi müasir dünyada sərhədsizşəkildə yayımlanan zərərli informasiyalardan uşaq və yeniyetmələriqorumaq, onların sağlamlığına vəinkişafına vuracaq ziyan və təhlükənin qarşısını almaqdır. Bilirsiniz ki, "təhlükəsizninternet” problemi artıq bütün dünyanı düşündürür. Xüsusilə, təcrübəsi,informasiyası az olan, düşünmək qabiliyyəti o qədər də yetkin olmayan uşaqlaraqaşı virtual aləmdə zorakılıq əlamətləri geniş yayılmaqdadır. Bu baxımdan, buqanun çox vacib hüquqi sənəddir. Ölkə Prezidentin sərəncamına əsasən Qanun2020-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcəkdir. Eyni zamanda, qanunvericilikorqanı olan Milli Məclis uşaqların hüquqlarının qorunmasının təminatı üçün birçox qanunvericilik aktlarına əlavə və dəyişikliklər edir. Məslələn, Milli Məclisdə"Kütləvi informasiya vasitələri haqqında” Qanunun 11-ci maddəsinin 4-cü bəndidəyişdirilərək yeni redaksiyada verilmişdir. Həmin bəndin tələblərinə görə,yetkinlik yaşına çatmayan şübhəli,təqsirləndirilən və ya zərər çəkmiş şəxslərinşəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuninümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir. Bu dəyişiklik dövlətsəviyyəsində azyaşlıların hüquqlarının qorunması, onların normal inkişafına,azyaşlılarla bağlı mətbuatda hər hansı məlumatın vaxtından əvvəl, təhrifolunmuş formada ictimaiyyətə çatdırılmasının qarşısının alınmasına,sağlamlığına, gələcəyin layiqli bir vətəndaşı kimi yetişməsinə xidmət edir.

Ölkəmizqeyd etdiyimiz kimi "Uşaq Hüquqları Bəyannaməsinə”və "Uşaq Hüquqlarına dair Konvensiyaya” qoşulmuşdur. O cümlədən, "Uşaqlarıncinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında”Avropa Şurası Konvensiyasınıntəsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 22oktyabr 2019-cu il tarixli iclasında qəbul olundu və beləliklə, Konvensiya Azərbaycantərəfindən ratifikasiya olundu.Bukonvensiya uşaqların cinsiistismarının, xüsusilə də uşaq pornoqrafiyasının və fahişəliyinin, habeləuşaqlara qarşı cinsi zorakılığın bütün formalarının, o cümlədən xaricdə törədilənhətəkətlərin uşaqların sağlamlığına vəpsixi-sosial inkişafına zərərli olduğunu ehtiva edən beynəlxalq sənəddir.Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır. Bu gün dünyanınbir çox yerində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyətçəkirlər. Biz öz tariximizdə də bunun acı nəticələrini görürük. Ermənistanınölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın vəməcburi köçkün vəziyyətinə düşüb ki, onların da bir hissəsi uşaqlardır. Uşaqhüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühümistiqamətlərindən birini təşkil edir. Bu mənada sözügedən konvensiyanın AzərbaycanParlamenti tərəfindən ratifikasiya olunması da böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, uşaqlara qayğı və onların müdafiəsinin ən əsas məsələlərindənbiri də ailə institutunun möhkəmləndirilməsidir. Hazırdaölkəmizdə ikimilyondan çox ailə vardır. Xalqımız hər zaman ailə dəyərlərini, ailə ləyaqətinihər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir.Konstitusiyamız ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını daxüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, Milli Məclisdə Ailə Məcəlləsininqəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri iləyanaşı, onların mülki hüquqları uşaqlara, valideyin qayğısı və övladlığa götürməkləbağlı mühüm maddələr təsbit olunmuşdur. Ölkəmizin birinci vitse-prezidenti hörmətliMehriban xanım Əliyeva millət vəkili olarkən, onun təşəbbüsü ilə "Gender bərabərliyinintəmin edilməsi”, "Məişət zorakılığının aradanqaldırılması haqqında”Azərbaycan Respublikasının Qanunları qəbuledilmişdir. Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllərbirgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfihüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığındanzərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habeləməişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyatakeçirilən tədbirləri müəyyən edir və tənzimləyir. "Məişət zorakılığının aradan qaldırılmasıhaqqında” Qanununicrasını təmin etmək üçün müvafiqqanunvericilik aktlarına əlavələr edilmiş, yeni normativ-hüquqi aktlar da qəbulolunmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə"Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasınadair Dövlət Proqramının təsdiq olunmuşdur.

Qanunvericilik bazamızda"Gənclər siyasətihaqqında”, "Təhsil haqqında”, "Sosial təminat haqqında”Qanununlara və cənab Prezidentin fərman və sərəncamlarınauyğun olaraq aparılan dövlət siyasəti ailələrin sosial təminatınınyaxşılaşdırlmasına yönəlmişdir. Gənc ailələrə güzəştli ipoteka kreditinin, ailələrəgüzəştli sosial mənzillərin verilməsi də dövlətimizin ailələrə verdiyi dəstəyinbariz nümunələrindəndir. Elə bu il ərzində Cənab Prezidentin həyata keçirdiyisosial siyasət nəticəsində minlərlə ailələrə, xüsusilə aztəminatlı ailələrəböyük güzəştlər verilmişdir. Dövlətbaşçısının sərəncamı ilə şəhid ailəsininsosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırılması, minimiuməmək haqqının artırılması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlarasosial müavinətin məbləğinin, ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin,valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarınaverilən sosial müavinətin məbləğinin, beşdən çox uşağı olan qadınlara sosialmüavinətin məbləğinin, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin artırılması ailələrin sosial-maddiinkişafına böyük təsir edəcəkdir. Xüsusilə, qeyd etmək istəyirəm ki, cənabPrezidentin 3 may 2019-cu il tarixli sərəncamı ilə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıqimkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək vəonların təhsil almaq imkanlarını genişləndirmək məqsədilə həmin şəxslərin təhsilhaqqından azad edilməsi ailələrin böyük sevincinə səbəb oldu. Bu sərəncamla2500 şəxs təhsil haqqından azad ediləcək və elə o qədər də ailənin sosial təminatına müsbət təsiredəcəkdir.

Bir sözlə uşaq siyasəti dövlətimizin sosialsiyasətinin tərkib hissəsini təşkil edir. Bu siyasət uşaqların təhlükəsizliyinitəmin edilməsinə, əməyinin istisamrı, cinsi zorakılığının qarşısının alınmasınavə onların sosial şəraitinin yaxşılaıdırılmasına yönəlmişdir.

Milli Məclis Aparatınıneksperti, fəlsəfə doktoru