adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyun 2016 15:51
15863
İDMAN

ZATO, TÜRK MİLLİSİ DÜNYA FUTBOLUNA YENƏ BİR ULDUZ BƏXŞ ETDİ

Bu gəncin 18 yaşı hələ tamam olmayıb. Özü də yetimxanadaböyüyüb. Adı Emrə Mordu. Danimarkalıdı, atası bir avtoqəza ilə bağlı həbsxanadadı,makedoniyalı anası da uşağı atıb. Öz qeyri-adi oyunu ilə, hətta onu Messiyə oxşadırlar,Avropanı heyrətləndirdi. Dünyanın ən güclüklublarından sayılan Borussiya (Dortmund) onu 8,5 milyon avroya köçürmə edib, yənitəmiz Azərbaycan dilində transfer edib.

Gərək ki, Türkiyənin ən məşhur futbolçusuHakan Şükürü italyanlar 3 milyon avroya almışdılar.

Allah gözdən-nəzərdən saxlasın.Yavrum, sənə başarılar diləyirik!