adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Dekabr 2019 12:31
90313
MƏDƏNİYYƏT

Zamanın kəsiyində

Bir-birindən maraqlı, orjinal və böyükyaradıcılıq yolu keçən Azərbaycan teatrlarının tarixinə nəzər salarkən QazaxDövlət Dram Teatrının zəngin yaradıcılıq irsi maraq doğurur. Belə ki, ötən SSRİməkanında kollektivləşmə siyasəti başlayanda dövlət özünün ideologiyasını gücləndirməkvə eyni zamanda rayon mərkəzlərində, kolxozlarda və sovxozlarda mədəni xidmətinsəviyyəsini artırmaq məqsədilə müəyyən tədbirlər planı hazırladı. Bunlardanbiri də Xalq Komissarları Sovetinin Dövlət Səyyar Kolxoz və Sovxoz Teatrıyaratmaq barədə qərarı idi. 1934-cü ilin əvvəllərində məhz belə bir teatrBakıda yaradıldı və xüsusi nizamnaməsi təsdiqləndi. Bu zaman isə yaradılan teatrınöz iş prinsipinə uyğun olaraq aprel və may aylarında truppa yığılar, əsasən,bir pərdəli kollektivləşməni təbliğ edən dramlardan, sosializm quruluşuna maneolan ünsürləri tənqid edən komediyalardan ibarət repertuar təsdiqlənərdi. Beləlikləmüxtəlif dram dərnəklərindən, Akademik Teatrının həmçinin Gənc TamaşaçılarTeatrının yardım heyətindən ibarət tərtib olunan truppa yeni tamaşalarıhazırlayar və iyun ayında rayonlara səfərlərə çıxardılar. Qeyd etmək lazımdırki, Ələsgər Şərifov ilk dəfə olaraq bu teatra rejissor olaraq təyin edilib. Adətənənənvi olaraq bu teatr sentyabrın axırlarında və noyabrın əvvəllərində xüsusi əmrlələğv edilir və növbəti ilin yaz aylarında yenidən təşkil olunurdu. Hər dəfə dədirektorun təyin olunması barədə əmr verilir və sonra müqavilə əsasında aktyorheyyətinin üzvlərinin işə qəbulu həyata keçirilirdi. 5 avqust 1939-cu ildə AzərbaycanXalq Komissarları Sovetinin 3649 saylı qərarı ilə Bakıdakı Səyyar Kolxoz vəSovxoz Teatrı Şəmkir rayonuna köçürülüb. Şəhərdəki Alban kilsəsi təmir olunub vərekonstruksiya olunaraq oktyabr ayında bu teatrın sərəncamına verilib.

1932-cüil dekabr ayının 15-dən Gəncədə Türk İşçi Dövlət Dram Teatrı, 1935-1936-cı illərdənŞəkidə Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. 1937-1938-ci illərdə Qaryagində(indiki Fizuli rayonunda), Ağdamda, Şamaxıda, Şuşada, Lənkaranda, Qazaxda,Qubada, Ağdaşda təxminən eyni ştatda Dövlət Kolxoz və Sovxoz teatrıları yaradıldı.Bu teatrların truppaları yerli həvəskarlardan, həmçinin Bakı Teatr Məktəbinin(Texnikomunun) məzmunlarından və Bakıda fəaliyyət göstərən aktyorların müəyyənqüvvələrinin iştirakı ilə təşkil olunurdu. Bu dövrdə kollektivlər əlverişsizbinalarda yerləşdirilir, tamaşaçı salonları çox kiçik olmaqla səhnənin texnikiimkanları demək olar ki, yox dərəcəsində olurdu. Səhnə tərtibatlarının əksəriyyətiisə bu sahədə heç bir səriştəsi olmayan yerli həvəskarlar tərəfindən verilirdi.Bakı teatrlarında fəaliyyət göstərən sənətkarların əksəriyyəti vaxtaşırırayonlara ezam edilir və burada kollektivlərə yaradıcılıq yardımı göstərərəkrepertuarda olan tamaşalarda iştirak edirdilər.

1943-cü ilin payız mövsümündə hökümətinqərarı ilə bütün rayonlarda Kolxoz və Sovxoz Teatrları ləğv olunaraq onlarınbazasında Dövlət Dram Teatrları yaradıldı. Bir müddət sonra Şuşa Teatrı "DövlətMusiqili Dram Teatrı” adlandırıldı və Üzeyir bəy Hacıbəylinin adı verildi. Dahasonra Qaryagin (Fizuli) Teatrı Hüseynqulu Sarabskinin, Şəmkir Teatrı Mirzağa Əliyevin,Qazax Teatrı Səməd Vurğunun, Ağdam Teatrı Əbdürrəhim bəy Haqverdiyevin, Quba TeatrıAbbasqulu ağa Bakıxanovun, Şamaxı Teatrı Seyid Əzim Şirvaninin, Ağdaş Teatrı isəNəcəf bəy Vəzirovun adlarını daşıdı. Artıq dövlət statuslu teatrlarda əsasən səriştəlibaş rejissorlardan sayılan Yusif Yulduz,Məcid Zeynalov, Ağəli Dadaşov, Əsəd Cəfərovkimiləri baş rejissor işləyir, ya da dəvətlə müxtəlif janrlı tamaşalaraquruluşlar verirdilər. Bu dövrdə teatr məktəbi kurslarının hesabına ilbəil peşəkaraktyorların sayı da artırılırdı. Hətta 1942-ci ildə Bakıda iki aylıq aktyorluqkursu açılaraq məvacib almaqla yerlərdən gələn həvəskarlar burda müəyyən təcrübəkeçə bilirdilər. Bu illərdə Mədəniyyət Nazirliyi olmadığından fəaliyyət göstərəndövlət statuslu teatrlar Xalq MaarifKomissarlığı tərkibində İncəsənət İşləri İdarəsinə tabe idi. Bu illərdəİncəsənət İşləri İdarəsi inzibati tabeçilikdən əlavə bütün teatrların repertuartəşkilini də mərkəzləşdirmişdi. Bu məqsədlə Bakı teatrlarında oynanılanorijinal və tərcümə əsərlərinin nüsxələri çoxaldılır, siyahısı tərtib olunur vəildə iki dəfə rayon teatrlarına göndərilirdi. Bəzən əsərləri Bakıda oynanılmayanvə yaradıcılıqlarının ideoloji yönümü aydın olan Rza Şahvələdin "Qızqalası”, Həsən Qasımovun "Kür sahilində”,Ağasəlim Manaflının "Yasəmən”, Əzizağa Məmmədovun "İki cəbhə”, Səttar Axundovun"Bayram günü”, "Çətin dərə”, Rza Təhmasibintəbdil etdiyi "Fəlsəfə Kərim”, Qurban Musayevin "Hücum” və digər bu səpkilipyesləri də teatrlarda oynanılırdı. Demək olar ki, bu dövrdə hazırlanantamaşalarda müəyyən il fərqləri olsa da teatrların hamısında repertuarda olan əsərləreynilik təşkil edirdi. Bu dövrdə repertuar planı üç prinsip üzrə qurulurdu:milli klassik və çağdaş dramaturqların əsərləri, tərcümə pyesləri, opera vəoperettalar. Müəyyən istisnalarla bütün teatrların repertuarlarında M. F.Axundzadəninin "Hacı Qara”, "Müsyo Jordan və Dərviş Məstəli şah”, N. B. Vəzirovun"Hacı Qəmbər”, "Müsibəti-Fəxrəddin”, "Ağakərimxan Ərdəbili”, Ə. B. Haqverdiyevin"Pəri-Cadu”, "Bəxtsiz cavan”, "Dağılan tifaq”, S. S. Axundovun "Tamahkar”, "Eşqvə intiqam”, C. Cabbarlının "Sevil”, "Almaz”, "Aydın”, "Oktay Eloğlu”, "Od gəlini”,"1905-ci ildə”, C. Məmmədquluzadənin "Ölülər”, S. Rəhmanın "Toy”, "Xoşbəxtlər”,S. Vurğunun "Vaqif”, "Fərhad və Şirin”,Z. Xəlilin "Qatır Məmməd”, M. İbrahimovun "Həyat”, "Məhəbbət”, M. Təhmasibin"Bahar”, "Aslan yatağı”, G. Mdivaninin "Vətən namusu”, J. B. Molyerin "Cancur Səməd”,U. Şekspirin "Otello”, C. Qou və Arno D Nyussonun "Dərin köklər” dramlarınıntamaşaları maraqla baxılan səhnə quruluşlarındandır. Bu illər ərzində teatrlardaxalq artistləri Muxtar Avşarov, Barat Şəkinskaya, Gurcustan Respublikasının xalqartisti İbrahim İsfahanlı, əməkdar artistlər Rüxsarə Ağayeva, Əliheydər Həsənzadə,Vahid Əliyev, rəssamlardan Əbdülağa Kazımov, Alyoş Məmmədov və başqaları fəaliyyətgöstəriblər.



1948-ci ilin sonlarında SSRİ-nin qərarıilə bütün dövlət teatrları hökümətin dotasiyasından (maliyyə yardımından) azadolunaraq özünümaliyyələşdirmə sisteminə keçirildi. Bu məqsədlə mövcudmaddi-texniki təchizatla bağlı olaraq İncəsənət İşləri İdarəsi yeni ildənetibarən Ordubad Teatrının Naxçıvanla, Ağdaş və Şamaxı teatrlarının Göyçayla,Şuşa Teatrının Ağdamla, Zaqatala Teatrının Şəki ilə, Səlyan TeatrınınSabirabadla, Şəmkir Teatrının isə Qazaxla birləşdirilməsi haqqında əmr verdi. Məqsədbu teatrları birləşdirməklə maddi-texniki bazaları və aktyor heyətinin gücləndirilməsiilə daha güclü teatrların yaradaılmasından ibarət idi. Ancaq bu addım heç də özünü doğrultmadı, əksinə birsıra teatrların tamamilə ləğvinə gətirib çıxardı. Bir-birinin ardınca 1948-1949-cuillərdə Şuşa, Şamaxı, Ağdam, Qazax, Zaqatala, Göyçay, Ağdaş, Lənkəran, Bərdə,Ordubad, Salyan, Sabirabad teatrları bağlanıldı. Qaryagin (Fizuli) Teatrı öz fəaliyyətini1951-1952-ci il teatr mövsümündə, Quba Teatrı isə qısa fasilələrlə 1963-cü ildələğv edildi.

Uzun fasilədən sonra 1967-ci ildə İrəvan,1968-ci ildə Ağdam, 1974-cü ildə Şəki, 1973-cü ildə Lənkaran, 1988-ci ildə Qazax, 1989-cu ildə Fizuli, daha sonra isəŞuşa teatrları yenidən Dövlət statusu ilə bərpa olunub fəaliyyətə başladılar.40 illik fasilədən sonra, nahayət 1988-ci ilin iyul ayında Azərbaycan SSRNazirlər Sovetinin sərəncamı ilə Qazaxda yenidən Dövlət Dram Teatrı yaradıldı.Daha doğrusu, bərpa edildi. Teatr 1989-cu il mövsümündə baş rejissor, xalqartisti Zülfüqar Abbasovun quruluşunda xalq şairi Bəxtiyar Vahabzadənin "Darağacı” tarixi faciəsi ilə tamaşaçıların yenidən görüşünə gəldi. İlk səhnəquruluşu respublikanın mədəni həyatında çox böyük rezonans doğurdu. Qazax DövlətDram Teatrı öz yaradıcılıq ənənələrinə hərzaman sadiq qalaraq klassik Azərbaycan, dünya və rus dramaturgiyası nümunələrinəmüraciət etməklə maraqlı səhnə əsərlərini təqdim edə bilib. Bu illər ərzində xalqartisti Zülfüqar Abbasov (1988 sentyabr – 1993 iyun), Əhməd Əhmədov – (1950-2000və 2000-2014), əməkdar artist Musa Eyyubov (2014 noyabr ayından– hal- hazıradək)kimi istedadlı rejissorlar çalışmaqla maraqlı və bitgin səhnə traktofkaları ilədiqqəti cəlb edə biliblər. Həmçinin Fərman Rzayev (1988 sentyabr -1989 mart), HeydərQasımlı (1989 mart -1992 iyul), Ayət Həsənov (1992 iyul -1993 iyul), FirudunAşurov (1993 iyul – 1997 fevral), Tariyel Qasımov (1997 fevral -1998 fevral), Pəri Məmmədova (1998 may -2001 may) kimi şəxslər bu teatra direktor, bədii-rəhbər və direktor olaraq rəhbərlikediblər. 2001-ci il may ayından isə Saqif İskəndərovQazax Dövlət Dram Teatrına rəhbərlik edir.

Qeydetmək lazımdır ki,Saqif Sarıoğlu İskəndərov Bakı Mədəni-MaarifTexnikumunun "Kütləvi tədbirlər rejissoru” fakültəsini fərqlənmə diplomuilə və Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin "Özfəaliyyət teatr kollektivlərininrəhbəri” fakültəsini bitirib. 1988-ci ildən Qazax Dövlət Dram Teatrına dəvətolunub və 2001-ci ilədək aktyor kimi burada fəaliyyət göstərib. B. Vahabzadənin"Dar ağacı”da İbn Tahir, M. Hüseynin "Alov”da Fərhad Kamalov, Ş. Əliyevin "Molla Nəsrəddinvə Əzrayıl”da Molla Nəsrəddin, Ş. Qurbanovun "Sənsiz”də Tərlan, İ.Qasımov və H. Seyidbəylinin "Sən nə üçünyaşayırsan”da Rüstəm, İ. Əfəndiyevin "Məhv olmuş gündəliklər”də Ədalət, Elçinin "Dəlxanadan dəli qaçıb”da Baş redaktor, "Qatil”də Gənc kişi,Ə. Əmirlinin "Onun iki qabırğası”da Səyyad, M. F. Axundzadənin "Müsyo Jordan vəDərviş Məstəli şah”da Dərviş, S. S.Axundovun "Tamahkar”da Hacı Murad, H. Mirələmovun "Xəcalət”də Murad,Ə. Əmirlinin "Kişi və qadın”da Əvəz, O. Kamalın "Yad qızı”daMəzhər bəy, B. Vahabzadənin "Kimdir haqlı”da Rəşad obrazları maraqla qarşılanansurətlərindəndir.

Saqifİskəndərov eləcə də rejissor kimi Elçinin "Qatil” (2006) və Ə. Orucoğlunun"Sonuncu seriya” (2017) pyeslərinə quruluşlar verib. Həmçinin 1989-cu ildə C. Cabbarlı adınaAzərbaycanfilm Kinostudiyasında xalq yazıçısı Y. Səmədoğlunun ssenarisi əsasındaquruluşçu rejissor Gülbəniz Əzimzadənin çəkmiş olduğu iki hissəli "Qətl günü” bədiifilmində çəkilib.

QazaxDövlət Dram Teatrının baş rejissoru, respublikanın əməkdar artisti MusaEyyubovun da fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. O, 1977-1984-cü illərdəAzərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. 1976-cı ildən GəncTamaşaçılar Teatrında rejissor köməkçisi olaraq əmək fəaliyyətinə başlayıb və 1986-cıilədək rejissor assistenti və truppa müdiri kimi fəaliyyət göstərib.1986-1988-ci illərdə Qazax rayon Xalq Teatrında rejissor, 1988-ci ildən isəQazax Dövlət Dram teatrında müxtəlif vaxtlardaaktyor, musiqi hissə müdiri, sərəncamı direktor, quruluşçu rejissor və2014-cü ildən isə baş rejissor vəzifəsində çalışır. 30 dekabr 2015-ci ildə AzərbaycanRespublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. O, teatrın səhnəsindəİ. Əfəndiyevin "Sən həmişə mənimləsən”, Elçinin "Qatil”, "Cəhənnəm sakinləri”, M.Baycıyevin "Duel”, "Ər və arvad”, Y. Əzimzadənin "Nəsrəddin”, V. Səmədoğlunun"İntihar”, H. Mirələmovun "Xəcalət”, F. Mustafanın "Neytral zona”, O. Altunbayın"Gecə yarıdan keçəndə”, Ə. Orucoğlunun "Sonuncu seriya”, İ. Fəhminin "Sonreportaj” pyeslərinə quruluşçu rejissor olaraq maraqlı səhnə həyatı bəxş edə bilib.

Bugün Qazax Dövlət Dram Teatrında repertuar siyasətinin təşkili və həyatakeçirilməsində bədii şura üzvlərinin fikirləri əsas götürülürməklə repertuaradaxil olan əsərlər daha aktual və müasir dövrümüzlə səsləşən pyeslər olaraq təqdimedilir. Teatrın səhnəsində Ə. B. Haqverdiyevin "Kimdir müqəssir” (rejissor, əməkdarartist Vidadi Əliyev), M. F. Axundzadənin "Xırs quldurbasan” (rejissor, xalqartist Firudin Məhərrəmov), S. S. Axundovun "Tamahkar” (rejissor, əməkdarartist Loğman Kərimov), Ə. Əmirlinin "Kişi və qadın” (rejissor, xalq artisti Zülfüqar Abbasov), İ. Əfəndiyevin "Sənhəmişə mənimləsən” (rejissor, əməkdar artist Musa Eyyubov), Elçinin "Cəhənnəmsakinləri” (rejissor, əməkdar artist Musa Eyyubov), H. Mirələmovun "Xəcalət”(rejissor, əməkdar artist Musa Eyyubov), C. Cabbarlının "Solğun çiçəklər”(rejissor, xalq artisti Zülfüqar Abbasov),İ. Coşqunun "Ana laylası” (rejissor Allahverdi Musayev), Ə. B. Haqvediyevin "Bəxtsizcavan” (rejissor Allahverdi Musayev), M. Baycıyevin "Toy günü ayrılıq” (rejissor,əməkdar artist Musa Eyyubov), Ə. Orucoğlunun "Sonuncu seriya” (rejissor Saqifİskəndərov), V. Hüqonun "Edam məhkumunun son günü” (rejissor Allahverdi Musayev),V. Səmədoğlunun "İntihar” (rejissor, əməkdar artist Musa Eyyubov), Ə. Orucoğlunun"Pul dəlisi” (rejissor Allahverdi Musayev), İ. Fəhminin "Son reportaj”(rejissor, əməkdar artist Musa Eyyubov) pyesləri maraqla baxılan və uğurlurejissor traktofkası olaraq diqqət mərkəzində olmağı bacaran səhnə əsərlərindəndir.Yaradıcı kollektiv həmçinin mütəmadi olaraq yerli müəlliflərin də pyeslərinəmüraciət etməklə bu sahədə kadr potensialının yetişməsində fəallıq göstərir.Belə ki, M. Hüseynin "İntizar” (rejissor Zülfüqar Abbasov), "Alov” (rejissor RafiqƏliyev), V. Səmədoğlunun "Mamoy kişinin yuxuları” (rejissor Əhməd Əhmədov), "İntihar”(rejissor Musa Eyyubov), H. Qasımlının "Akademik kürəkən” (rejissor MusaEyyubov) pyesləri bu tip quruluşlar silsiləsinə daxildir. Yaradıcı kollektiv növbəti2019-2020-ci teatr mövsümündəR. Ağayevin"Bir gecənin nağılı” (rejissor MusaEyyubov),M. Baycıyevin "Duel”(rejissor Allahverdi Musayev),K. Həsənovun "Sehirli yaylıq”(rejissor Musa Eyyubov) və A. Kamyunun"Yad”(rejissor Allahverdi Musayev) pyeslərininyeni quruluşları ilə teatrsevərlərin görüşünə hazırlaşır.

Yaradıcıkollektiv həmçinin Beynəlxalq miqyaslı və Respublika daxili TeatrFestivallarında da uğurla iştirak edib. Belə ki, III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsindəElçinin "Cəhənnəm sakinləri” pyesi ilə, 2007 və 2009-cu il "Yeni Teatr” Respublika Festivallarında həmçinin2012-ci ildə M. F. Axundzadə Festivalında iştirak edib. 2019-cu ilin dekabrayında Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilməsi nəzərdətutulan 2+1Eksperimantal Tamaşalar Festivalında da iştirak edilməsiplanlaşdırılır. Yaradıcı kollektivlə çiyin-çiyinə teatrda iki respublikanın əməkdarartisti fəxri adını daşıyan və səkkiz nəfər Azərbaycan Respublikası MədəniyyətNazirliyinin təsis etdiyi Fəxri mədəniyyət işçisi adına layiq görülən sənətkarlarfəaliyyət göstərirlər. Rəhbərlik həmçinin gənc kadr potensialının yetişdirilməsiüçün də səylə çalışır. Belə ki, hər hansı bir Teatr studiyası olmadığından gənckadrların cəlb olunması Bakı Dövlət Universitetinin Qazax filialından və kollecdətəhsil alan tələbələrin arzuları nəzərə alınmaqla reallaşdırılır.

Bugün təəssüflə qeyd etmək istərdim ki, nədənsə 2013-cü ildən bu teatra dövlətsifarişi ilə hər hansı bir pyesin hazırlanması tapşırılmır. AzərbaycanRespublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycan teatr ənənələrininqorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərindavam etdirilməsi haqqında məlum sərəncamı ilə Azərbaycan Respublikasının2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan RespublikasıPrezidentinin ehtiyat fondundan Qazax Dövlət Dram Teatrına 100 (yüz) min manatvəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu tarixi sərəncamdan sonra teatrınyerləşdiyi inzibatı binanın iş və qrim otaqları əsaslı şəkildə təmir olunaraqyeni mebel avadanlıqları ilə təchiz edilib. O cümlədən rekvizit, kostyum vəişıq sexləri tamamilə yenidən qurularaq səhnə işıqları və səs sistemləri ənmüasir avadanlıqlarla təchiz olunub.

Anar Burcəliyev

Teatrşünas