Zakir Həsənov tapşırdı, şəhid və yaralı ailələrinə baş çəkildi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Nazirlikdən verilən məlumata görə, təsdiq olunmuş plan uyğun ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissələrə səfərlər, muzey və abidələrə ekskursiyalar təşkil edilib, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən, bütün hərbi hissələrin komandanlıqları və şəxsi heyəti bayramlarla əlaqədar şəhid və yaralıların ailələrinə baş çəkib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim ediblər.
Digər Xəbərlər
28 Aprel 2024 00:37
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48