Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası iyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində keçirilib.
İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.
Digər Xəbərlər
05 May 2024 19:47
"Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
04 May 2024 22:54İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04