Zakir Həsənov hərbi nəşriyyatda olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi nəşriyyat, Sənədli və tədris filmləri kinostudiyası, eləcə də "Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub.
Müdafiə nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi tabelikdə olan müəssisələrdə, xidməti və inzibati otaqlarda, həmçinin kinostudiyanın çəkiliş pavilyonunda yaradılmış şəraitlə tanış olub.
Müdafiə nazirinə məruzə olunub ki, müasir texniki avadanlıqlarla təchiz edilmiş müəssisələr bütün növ çap materiallarının nəşr edilməsi, hərbi-tədris və sənədli filmlərin çəkilişi, həmçinin foto və video materialların hazırlanması imkanına malikdir.
Şəxsi heyətlə görüşən Müdafiə naziri gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verib.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03