Zabuxda daha 25 ailəyə evlərin açarları təqdim olunub
Noyabrın 18-də Laçın rayonu Zabux kəndində məskunlaşan ailələrə evlərin açarları təqdim olunub.
Adalet.az xəbər verir ki, Laçın rayonunun Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 103 nəfər öz doğma kəndində məskunlaşıb. Bugünkü, köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Zabuxa qədəm qoyan ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Natiq Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb. Bununla da Zabux kəndində 71 ailə, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, Zabux kənd sakinləri üçün öz doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün şərait yaradılıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35


Bakı -°C

